/ / İlkin Əliyev: ATƏT-in Minsk qrupunun həmsədrləri kimin işğalçı, kimin isə təcavüzə məruz qalan tərəf olduğunu açıq şəkildə bildirməlidirlər
İlkin Əliyev: ATƏT-in Minsk qrupunun həmsədrləri kimin işğalçı, kimin isə təcavüzə məruz qalan tərəf olduğunu açıq şəkildə bildirməlidirlər
19.08.2020 [20:53]
“Müasir dünyada mövcud olan bir çox problemlərin həlli məsələsində vasitəçilərdən istifadə olunur. Lakin ayrı-ayrı nümunələrə istinadən deyə bilərik ki, vasitəçilik missiyası heç də həmişə uğurlu alınmır. Dövlətlərarası hansısa bir problemlə bağlı uzun illər boyu danışıqlar aparılır, vədlər verilir, ancaq, necə deyərlər, daş yerindən tərpənmir, problem olduğu kimi qalır. Hər dəfə vasitəçilik missiyasının üzvləri və yaxud rəhbərləri dəyişdikdə tərəflər sıfır nöqtəsinə qayıtmaq məcburiyyətində qalırlar. Proseslərin qapalı dövrədə sonsuzluğa qədər davam etməsi isə regional və qlobal təhlükəsizliyə yeni təhdidlər yaradır, ölkələr inkişafla bağlı problemlər yaşayırlar, insanların inamı qırılır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev deyib.
O, konkret olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin timsalında da vasitəcilik missiyasının hələlik heç bir uğur qazanmadığını bildirib: “Məlumdur ki, Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü pozulub. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizi işğal altına düşüb və təxminən 1 milyon soydaşımız doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Problemin həllinə ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu cəlb olunub. ABŞ, Fransa və Rusiya kifayət qədər güclü dövlətlərdirlər və qlobal miqyasda gedən proseslərə təsir etmək imkanlarına malikdirlər. Ancaq biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda həmsədrlərin prinsipiallığını görmürük. Biz bilirik ki, indiki dövrdə separatizm nə qədər təhlükəli bir meyldir. Ermənistan da xarici havadarlarının köməyi ilə işğal etdiyi Azərbaycan ərazisində separatçı bir rejim qurub. Dağlıq Qarabağda yaradılan bu separatçı rejimi heç bir ölkə, heç bir beynəlxalq təşkilat tanımır. Bununla belə, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçını öz adı ilə çağırmırlar”.
İ.Əliyev əlavə edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi işğalçı Ermənistanın iyul ayında iki ölkə arasındakı dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata münasibətdə özünü bir daha göstərib. Qurum növbəti dəfə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini qəfil artileriya atəşinə məruz qoymasına, həmçinin yaşayış məntəqələrini, dinc sakinləri hədəfə almasına seyirçi münasibət sərgiləyib. Belə münasibətin məntiqini heç nə ilə izah etmək mümkün deyil. ATƏT-in Minsk qrupunun həmsədrləri obyektivlik göstərərək kimin işğalçı, kimin isə təcavüzə məruz qalan tərəf olduğunu açıq şəkildə bildirməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

