Paşinyan güclü tənqid atəşinə tutulub
18.08.2020 [08:47]
İşğalçı dövlətin baş nazirinin BBC telekanalının “HARDTalk” verilişinə müsahibəsi zamanı rüsvayçı vəziyyətə düşməsi Ermənistanda böyük əks-səda doğurub
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan BBC televiziyasının “HARDTalk” (“Çətin söhbət”) proqramında özünü növbəti dəfə rüsvay edib. Belə ki, veriliş ərzində məşhur teleaparıcı Stiven Sakurun sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan siyasi cəhətdən nə qədər səriştəsiz olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulduğu, ölkədə korrupsiya hallarının durmadan artdığı, hökumətin pandemiya ilə mübarizədə uğursuzluğa düçar olduğu halda, Paşinyan utanmadan son iki ildə qazanılan “nailiyyətlər”dən danışması gülünc görünüb. Eyni zamanda, aparıcının növbəti suallarına cavabında Paşinyanda sələfləri kimi, Ermənistanın işğalçı və faşist mahiyyətini ortaya qoyub.
N.Paşinyanın məlum müsahibəsi bütün dünya ictimaiyyətində ikrah hissi yaratdığı kimi, Ermənistanın özündə də böyük əks-səda doğurub. Belə ki, bir çox media orqanlarında onun həmin verilişdəki biabırçılığı barədə geniş məqalələr dərc edilib, hətta keçmiş həmkarları Paşinyanı ciddi tənqid atəşinə tutublar. Məsələn, “Erməni milli konqresi”nin (EMK) üzvü Levon Zurabyan N.Paşinyanın müsahibəsini kəskin tənqid edib. Xatırladaq ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri zamanı Paşinyanla birlikdə prezidentliyə namizəd Levon Ter-Petrosyanın komandasında olan Zurabyanın reaksiyası ölkədə böyük əks-səda yaradıb. Belə ki, avqustun 15-də “Sputnik Armeniya” portalında yerləşdirilən “Dil baryeri, maddi hissədən bixəbərlik: Paşinyanın EMK üzrə sabiq həmkarı onun BBC-yə müsahibəsini tənqid edir” sərlövhəli məqalədə qeyd olunur ki, Zurabyan Ermənistanın imici baxımından Paşinyanın müsahibəsini uğursuz hesab edir. Sözügedən məqalədə EMK nümayəndəsi qeyd edir ki, istər Paşinyan, istərsə də bir neçə ay bundan əvvəl həmin proqramın qonağı olmuş Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan “Dağlıq Qarabağ münaqişənin mahiyyətini düzgün şərh edə bilməyiblər”.
Məlum müsahibə ilə bağlı geniş məqalə ilə çıxış edən “Qolos Armenii” qəzeti isə yazır ki, N.Paşinyanın məşhur proqramda suallara verdiyi cavablar Ermənistanda artıq böyük səs-küyə səbəb olub və buna görə baş nazir sərt tənqidlərə məruz qalıb: “Əvvəla, baş nazirin inadla ingilis dilində danışmağa cəhd etməsi, yumşaq desək, düşüncələrini tam ifadə etməsi üçün yaxşı seçim deyildi. Üstəlik, verilişin aparıcısı, həqiqətən, çətin suallar vermək qabiliyyəti ilə məşhurdur ki, cavab vermək üçün söhbət gedən mövzularda mümkün qədər diplomatik bacarığa malik olmaq lazımdır”.
Qəzet yazır ki, Sakurun suallarını ingilis dilində cavablandırmaq seçimi öz imkanlarını həddindən artıq qiymətləndirmək və reallıqlarla hesablaşmaq istəməmək baxımından Paşinyanın növbəti avantürasıdır. Məqalədə qeyd edilir ki, N.Paşinyan heç vaxt dövlət başçısı üçün vacib olan diplomatiyanın əsaslarını, özünü idarə etmək və söhbəti özünə faydalı olan bir istiqamətə yönəltmək bacarığını mənimsəməyib: “O, bunun əvəzinə həmsöhbətinin sözünü kəsir, ona bağırmağa çalışır və nəticədə yenə də inamsız və axmaq görünür”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

