/ / Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir
Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir
11.08.2020 [09:15]
Ekspertlərin fikrincə, reallaşdırılan davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinın yaradılması haqqında Fərman imzalayıb. Azərbaycan İnvestisiya Holdinqinın yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasından ibarətdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir. Onun sözlərinə görə, Fərmanda vurğulandığı kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı üçün möhkəm zəmin yaradılıb.
Millət vəkilinin fikrincə, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilik kimi dəyərləndirilə bilər: “Belə bir qurumun formalaşması nəticəsində dövlət müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək, qabaqcıl korporativ idarəetmə prinsipləri tətbiq olunacaq, idarəetmə strukturları və konsepsiyaları modernləşdiriləcək. Səmərəliliyin artırılması dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycanın dövlət müəssisələri xarici bazarlara çıxdıqca və xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər bu müəssisələrin ixrac potensiallarının artmasında vacib rol oynacaq”.
“Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür”.
Bu fikirləri isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. V.Bayramov bildirib ki, eyni zamanda, dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında xüsusi rola malikdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacibdir. Bu, imkan verəcək ki, korporativ metodların dövlət müəssisələrində tətbiq edilməsi mümkün olsun. Belə ki, hesabatlılıq artacaq, ictimai nəzarət imkanları genişlənəcək. Holdinq tərəfindən səmərəliliyi və şəffaflığı ölçən meyarlardan istifadə olunması hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyini, şəffaflığını müəyyən etmək imkanı yaradacaq. Bu, həmçinin dövlət müəssisələrinin ixrac imkanlarının genişləndirilməsinə imkan verəcək.
V.Bayramov qeyd edib ki, holdinqin yaradılması ixrac bazarlarının tapılması, rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixracı baxımından vacibdir: “Holdinq dövlət müəssisələri sferasında şəffaf idarəetmənin formalaşmasına şərait yaradacaq. Bu, bir tərəfdən büdcədən ayrılan vəsaitlərin səmərəli və qənaətlə istifadəsinə, digər tərəfdən isə özəl sektoru cəlb etməklə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

