Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir
06.08.2020 [09:07]
Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumuna təsiri inkaredilməzdir. Mübarizə tədbirlərinə başlandığı gündən hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamı, bu sənədin icrası ilə bağlı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, məhz bu bazaya əsaslanaraq genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3.5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır.
Diqqəti pandemiya dövründə məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlərin nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə yönəldən V.Rəhimzadə qeyd edib ki, bu müddətdə dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığının verilməsi və artıq 320 min şəxsin bu dəstəkdən yararlanması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin həyata keçirilməsi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın müddətinin uzadılması, ünvanlı sosial yardım alan ailələrin sayının artmaqda davam etməsi, həmçinin sərt karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan vətəndaşların sağlamlığının qorunması məqsədilə evdə qalmalarının təmin olunması üçün onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.
V.Rəhimzadə bildirib ki, pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmamasını qarşıya əsas hədəf kimi qoydu.
Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılıb və hazırda atılmaqdadır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

