Deputat: Əsas məsələ insanların məsuliyyəti və qaydalara tam əməl etmələridir
05.08.2020 [09:10]
“Məlum olduğu kimi, ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. Qərarda karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilməsi də əksini tapıb. Təbii ki, burada sanitar-epidemioloji vəziyyətlə yanaşı, analoji məsələ ilə bağlı beynəlxalq təcrübədə əksini tapmış şərtlər və qaydalar da nəzərə alınıb ki, bu da olduqca mühüm və mütərəqqi addımdır”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
“ASAN xidmət”in pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini, geniş araşdırmadan sonra vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadənin təmin edildiyini diqqətə çatdıran millət vəkili vurğulayıb ki, 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb, prosesə min ASAN könüllüsü cəlb edilib. Eyni zamanda, müvafiq onlayn resurs istifadəyə verilib. Beləliklə, karantin dövründə insanların açıq havada istirahət etmələri üçün tam təhlükəsiz şərait yaradılıb.
Deputat bildrib ki, bu mərhələdə də vacib amil gigiyena qaydalarına və sosial məsafə tələbinə riayət etməkdir: “Təəssüflər olsun ki, bəzi şəxslər insanların sağlamlığı və təhlükəsizliyinə xidmət edən mövcud qərarlarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar. Məsələn, bir müddətdir ki, sosial şəbəkələrdə “çimərliklər istifadəyə açılmalıdır” fikrini fəal təbliğ edənlər müvafiq qərarın əhəmiyyətini azaltmaq, yaxud bu addımın üzərinə kölgə salmaq üçün diqqəti başqa məsələyə yönətməyə çalışırlar . Onlar “rayonlara gediş-gəlişin bərpa olunması lazımdır” fikrini ifadə etməklə ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Mütəxəssislərin birmənalı rəyi budur ki, yumşalma prosesi tədricən olmalı, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır. İlk olaraq çimərliklər istifadəyə verildi, növbəti mərhələlərdə müxtəlif yumşalmalar da ola bilər”.
Hikmət Babaoğlu qeyd edib ki, əsas məsələ insanların məsuliyyəti və qaydalara tam əməl etmələridir: “Unutmamalıyıq ki, vətəndaş məsuliyyətinin nəticəsi kimi, yoluxma və aktiv xəstə sayı azalsa, daha bir sıra məhdudiyyətlər aradan qaldırılar. Avropanın koronavirusla ciddi mübarizə sınağı vermiş bir sıra inkişaf etmiş ölkələrinin, o cümlədən Almaniya, İtaliya, İspaniya kimi dövlətlərin təcrübəsi də mərhələli və tədricən yumşalma prosesinin məqbul və effektiv seçim olduğunu göstərir. Dövlətimiz koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün zəruri resursları səfərbər edib və Azərbaycan təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir. Hazırkı həlledici mərhələdə dövlətin müvafiq tədbirlərinə ictimai dəstək davam etdirilməli, işin ciddiliyinə və əhəmiyyətinə kölgə salmaq cəhdlərinə yol verilməməlidir. Bu, koronavirusla mübarizənin effektivliyini təmin edəcək ən mühüm strateji faktordur”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

