Siyasi islahatlar ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaradıb
30.07.2020 [10:07]
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu müqayisəli təhlili aparır ki, elə ölkələr var, iqtisadi inkişafı ilə diqqət çəkir, amma orada demokratik islahatlar aşağı səviyyədədir. Elə ölkələr də var ki, onlarda demokratik inkişaf geniş vüsət alsa da, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Həmin ölkələrdən fərqli olaraq Azərbaycanın bu vəhdəti qoruması beynəlxalq səviyyədə də təqdir olunur. Bu gün böyük inamla qeyd etdiyimiz “Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür” fikri də ölkəmizin bu sahədə qazandığı təcrübədən irəli gəlir. Uğurlarımıza söykənərək bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyətin hər üç qolunda - qanunvericilik, icra və məhkəmə-hüquq sistemlərində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirməkdir. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə diqqəti altıncı çağırış Milli Məclisə seçkilərə yönəldərək vurğulayıb ki, bu, bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu. “Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir”, - deyə o bildirib.
“Bu gün siyasi partiyalarla hakimiyyət arasında dialoqun formalaşması təqdirəlayiqdir, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi üçün olduqca mühüm addımdır”, - söyləyən V.Rəhimzadə əlavə edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür.
İqtidarın bütün siyasi partiyalara dialoq təklifi ilə müraciət etdiyini bildirən baş redaktor deyib: “Müxalif düşərgədə aparılan bölgü prinsipinə uyğun olaraq konstruktiv qanadın təmsilçiləri bu təşəbbüsə dəstək verib dialoqa qatılsalar da, radikal qanadda yer alan ünsürlər hər zaman müxtəlif bəhanələrlə müzakirələrdən yayınmağa cəhd ediblər. Əvvəlki illərə nəzər saldıqda görürük ki, belə görüşlər davamlı keçirilir və hər bir dialoq üçün xüsusi müzakirə mövzusu seçilirdi. Lakin özlərini müxalif düşərgənin “başbilənləri” kimi göstərənlər həmin dialoq üçün elə məsələlərin müzakirəsini tələb edirdilər ki, onların heç bir əsası olmurdu. Burada məqsəd dialoqun baş tutmaması idi. Bu gün də eyni ab-hava yaşanmaqdadır. Özünü müxalifət adlandıran antimilli şura və AXCP siyasi dialoqdan imtina edir, onlara xaricdən verilən direktivlərə uyğun şəkildə davranırlar. Hər zaman qeyd etdiyimiz kimi, dağıdıcı ünsürlərin siyasi meydanı daralıb. Sadəcə, özlərində cəsarət tapa bilmədikləri üçün həqiqətləri etiraf edib siyasət meydanını tərk edə bilmirlər”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

