Baş verən vandalizm aktlarının sifarişçisi Paşinyan hakimiyyətidir
30.07.2020 [09:53]
Ekspertlərin fikrincə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin erməni təcavüzünü pisləyən dinc soydaşlarımıza qarşı zorakılıq tətbiq edilməsi ermənilərin terrorçu və təcavüzkar mahiyyətindən xəbər verir
Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədən düşmən ölkə istəyinə nail olmadıqda bu dəfə də yaşayış məntəqələrini atəşə məruz qoydu və müxtəlif dezinformasiyalara əl atdı. Daha sonra isə Ermənistan hakimiyyəti təxribatçı hərəkətlərini başqa müstəviyə keçirdi. Belə ki, radikal ermənilər Azərbaycanın müxtəlif dövlətlərdəki diplomatik nümayəndəliklərinə, habelə həmin ölkələrdə aksiya keçirən dinc azərbaycanlılara qarşı vandalizm aktları törətdilər. Ekspertlərin fikrincə, Azərbaycanın diplomatik nümayəndəliklərinə, erməni təcavüzünü pisləyən dinc aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsi ermənilərin terrorçu və təcavüzkar mahiyyətindən xəbər verir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Şahin İsmayılov deyib ki, Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması Ermənistan hakimiyyətinin planlarını pozub: “Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən aqressiv təxribatçı əməllər törədilməsini rəsmi Yerevan sanksiyalaşdırıb. Görünən odur ki, Paşinyan hakimiyyəti azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunması, onlara xəsarətlər yetirilməsi deyilənləri sübut edir”.
Ş.İsmayılov bildirib ki, ermənilərin terrorçu fəaliyyəti və müxtəlif təxribatları bu gün ortaya çıxan hadisələr deyil: “Hələ 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib. 22 ölkədə 235-dən çox terror aktı törədilib və 24 türk diplomatı öldürülüb. Bundan əlavə, 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini elan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirib və bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. Bu gün ölkəmizin diplomatik nümayəndəliklərinə, dinc aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsi də erməni terrorçuluğu və təcavüzkarlığının növbəti mərhələsidir”.
Milli Məclisin üzvü Tamam Cəfərova isə deyib ki, Ermənistanın növbəti hərbi təxribatına etiraz məqsədilə aksiya keçirən dinc soydaşlarımızın, həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarının radikal erməni qruplaşmaları tərəfindən hücuma məruz qalması erməni xislətinin dəyişmədiyini və Ermənistan siyasi hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyub.
Deputat bildirib ki, bu gün Azərbaycanın sürətli inkişafı, beynəlxalq mövqelərinin ciddi şəkildə möhkəmlənməsi, ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması Ermənistanı və onların havadarlarını çox narahat edir: “Bu cür təxribatlarla ermənilər onların maraqlarına uyğun olmayan qərarlar qəbul olunduqda, vandal hərəkətlərdən çəkinmədiklərini, beynəlxalq hüquq normalarının onlar üçün əhəmiyyət kəsb etmədiyini sübut etmiş olurlar. Törədilən təxribatlar özündə terror elementlərini ehtiva edir və ermənilərin törətdikləri əməllər cinayət məsuliyyəti doğurur”.
T.Cəfərovanın sözlərinə görə, aksiyaların keçirildiyi ölkələrdə azərbaycanlılara qarşı edilən təxribatlara, təzyiqlərə beynəlxalq hüquq və həmin ölkələrin hüquq sistemləri çəçivəsində cavab verilməlidir: “1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

