/ / Hikmət Babaoğlu: Radikallar və xaricdə yaşayan bəziləri sinxron hərəkət edir, xalqımızın milli davasını hədəfə alırlar
Hikmət Babaoğlu: Radikallar və xaricdə yaşayan bəziləri sinxron hərəkət edir, xalqımızın milli davasını hədəfə alırlar
28.07.2020 [09:19]
“Hazırda Azərbaycan bütün milli resurslarını, o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir. Ön cəbhədə olduğu kimi, informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir. Ərazi bütövlüyümüzün bərpa olunmasını istəyir: “Bu haqq milli haqqımız, bu dava milli davamızdır. Ancaq təəssüf ki, içərimizdə olan “beşinci kolon” nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər. Başda Əli Kərimli olmaqla bir qrup radikal xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir, onun qətiyyətinə, mübarizə əzminə kölgə salmağa çalışır. Xaricdə yaşayan Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İskəndərli və digər bəziləri azərbaycanlıların keçirdikləri dinc nümayişləri ermənilərin prizmasından qiymətləndirərək onu gözdən salmağa çalışır, gərəksiz və lüzumsuz addım kimi qiymətləndirirlər. Belə yanaşma, əslində, xalqımızın milli davasına xəyanətdir”.
“Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, müxtəlif internet resurslarında fəal olan bu şəxslər, sanki, eyni mərkəzdən direktiv almış kimi sinxron hərəkət edir, xalqımızın milli davasını və milli maraqlarını hədəfə alırlar. Son günlər həmin şəxslərin mətbu fəaliyyətlərinin məhz dinc nümayişçilərimizin fəaliyyətinin tənqidinə, onun gözdən salınmasına fokuslanması bir daha onların azərbaycanafob mərkəzlərlə sinxron hərəkət etmələrini ortaya qoyur. Ancaq Azərbaycan xalqının milli yaddaşı bütövdür, obyektiv əsaslarda formalaşıb. Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza ictimai qınaqdırsa, sabah seçki qutularının başında ona xəyanət edənlərin boykot olunmasıdır. Ona görə də hər kəs əmin olsun ki, xalqımızın nümayiş etdirdiyi bu milli birlik və həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək, ona mane olanlar isə yenə də siyasi sistemimizin autsayderləri olaraq qalacaqlar”, - deyə Hikmət Babaoğlu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

