Kişineuda soydaşlarımızın etiraz aksiyası zamanı ermənilər təxribat törədiblər
24.07.2020 [09:09]
Moldovanın paytaxtı Kişineu şəhərində diaspor fəalları, soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Moldovadakı səfirliyi qarşısında başlayıb. Aksiyada Azərbaycan diasporunun fəalları, tələbələr və media təmsilçiləri iştirak ediblər. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Erməni təcavüzünə son qoyulsun!” şüarları səsləndirərək yürüş ediblər. Yürüş iştirakçıları Ermənistanın Moldovadakı səfirliyi qarşısından keçiblər. Bu zaman səfirliyin qarşısında dayanan ermənilər polisin təhlükəsizlik tədbirlərinə baxmayaraq təxribat törədiblər. Belə ki, ermənilər yürüş iştirakçılarından sonda qalanına hücum edərək fiziki güc göstərib, dövlət bayrağımızı almağa çalışıblar. Lakin soydaşlarımızın müdaxiləsindən sonra qarşıdurma yaranıb. Polisin müdaxiləsi nəticəsində qarşıdurmanın genişlənməsinin qarşısı alınıb.
Yürüş iştirakçıları ATƏT-in və BMT-nin nümayəndəliyinin qarşısından keçəndən sonra Kişineunun mərkəzi meydanında aksiyanı davam etdiriblər. Burada soydaşlarımızın qarşısına çıxan Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanov çıxış edərək Ermənistanın işğalçı siyasətini pisləyib.
“Ermənilər burada təxribat törətməklə Azərbaycan və Moldova arasındakı dost və səmimi münasibətlərə xələl vurmaq istəyirlər. Bu təxribatın arxasında Moldova parlamentinin erməni əsilli deputatı Qayk Vartanyan və Moldova Prezidentinin erməni əsilli müşaviri Ernest Vardanyan dayanır. Bu rəsmi şəxslər Moldovanın milli maraqlarını tapdalayaraq Ermənistanın işğalçı siyasətinə haqq qazandırırlar. Bütün dünya Ermənistanın Tovuz rayonu ərazisindəki təxribatını bir daha görüb və pisləyib”, - deyə səfir əlavə edib.
Aksiya barədə məlumat və səfirin bəyanatı Moldovanın yerli KİV-lərində geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

