Xarkovda Ermənistanın hərbi təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib
23.07.2020 [09:28]
Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun və diaspor fəallarının birgə təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Fəxri konsulluğun binası önündə keçirilən izdihamlı aksiyada Azərbaycan diasporunun fəalları, türk, tatar və digər xalqların nümayəndələri, deputatlar və media təmsilçiləri iştirak ediblər. Mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Erməni təcavüzünə son qoyulsun!” şüarları səsləndirilib.
Fəxri konsul Əfqan Salmanov çıxış edərək ermənilərin xarici havadarlarına arxalanaraq son iki əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətindən söz açıb. O vurğulayıb ki, son günlər azğınlaşmış düşmənin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da eyni məkrli siyasətə xidmət edir. Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməsə, Ukraynada yaşayan 500 mindən çox azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən vaxt silaha sarılaraq Vətən torpaqlarını düşmən tapdağından azad etməyə hazırıdır. “Artıq Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya birliyi tərəfindən qəbul olunmaqdadır. Bunu xəbis erməni ideoloqları da anlamalı və məkrli siyasətlərindən əl çəkilməlidirlər”, - deyə Əfqan Salmanov bildirib.
Tədbirdə Ukrayna Milli Dəmir Yolu Nəqliyyatı Universitetinin prorektoru Qleb Vatulya və Sumı Vilayət Şurasının deputatı Oleq Ostapenko çıxış edərək, son günlər ermənilərin Tovuz rayonunda törətdikləri qanlı təxribatı pisləyiblər. Ukrayna dövlətinin həmişə olduğu kimi, Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyini vurğulayan natiqlər Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını qeyd ediblər.
Aksiyada Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, diaspor rəhbərlərindən Kifayət Cəfərova, Murad Ömərov və digər soydaşlarımız çıxış edərək BMT-ni, ATƏT-i və digər beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər. Böyük coşqu ilə keçən aksiyada xüsusi vurğulanıb ki, Xarkov vilayətində yaşayan 30 mindən çox soydaşımız özlərini müstəqil Azərbaycanın sıravi əsgərləri hesab edirlər və lazım gələrsə, silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdırlar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

