Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır
23.07.2020 [09:26]
Ekspertlərin fikrincə, Tovuz rayonunun yaşayış məntəqələrində bərpa işlərinin aparılmasına dair dövlətimizin başçısının müvafiq Sərəncamı bu reallığın daha bir bariz nümunəsidir
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri iyul ayının 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törədib və layiqli cavablarını alıblar. Lakin bu təxribat zamanı təkcə Azərbaycan Ordusunun mövqeləri deyil, rayonun yaşayış məntəqələri də hədəfə alınıb. Belə ki, erməni silahlı qüvvələrinin qəsdən iriçaplı silahlardan və ağır artilleriya qurğularından Tovuz rayonunun bir neçə kəndini intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Qeyd edək ki, Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması məqsədilə iyul ayının 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Ekspertlərin fikrincə, dövlət başçısının imzaladığı müvafiq Sərəncam əhalinin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilməsinin, dövlətin hər zaman vətəndaşların yanında olmasının növbəti göstəricisidir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, dövlət başçısının imzaladığı Sərəncam bir daha göstərdi ki, dövlət istənilən vaxt öz vətəndaşının yanındadır: “Məlum olduğu kimi, ermənilərin təxribatı nəticəsində Tovuzun 6 kəndində təxminən 35 evə və digər infrastruktura ciddi ziyan dəyib. Düşünürəm ki, bəhs olunan Sərəncam dəymiş zərərin aradan qaldırılması üçün çox mühüm əhəmiyyətə malikdir. Bir məqamı da xüsusi vurğulayım ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Tovuz döyüşlərində şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğıları daim Heydər Əliyev Fondunun nəzarətində olacaq”.
A.Nağıyev onu qeyd edib ki, hazırda Tovuz rayonunun, xüsusən də atəş altında olan ərazilərin sakinləri öz gündəlik həyat tərzlərini davam etdirirlər: “Azərbaycan Ordusu tam şəkildə əraziyə nəzarət edir. Əhali arasında heç bir təşviş və gərginlik yoxdur. Çünki vətəndaşlar öz ordusuna güvənirlər. Rayonun Ağdam, Dondar Quşçu və digər sərhəd kəndlərdə dinc quruculuq işləri davam etdirilir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə deyib ki, Ermənistan tərəfi həmişə olduğu kimi, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq mülki əhaliyə qarşı cinayət törədib: “Bildiyiniz kimi, erməni hərbi qüvvələri Tovuzda mülki əhaliyə də atəş açıb. Əsgər və zabitlərimizlə yanaşı, 1 nəfər mülki şəxs həlak olub. Ermənistanın təcavüzkar davranışlarının qarşısını almaq üçün bu cinayət əməlləri beynəlxalq qurumlar tərəfindən qətiyyətlə pislənilməlidir”.
C.Məmmədov onu da xatırladıb ki, Ermənistan birinci dəfə deyil ki, bu kimi vandalizm əməlləri törədir: “2016-cı ilin Aprel döyüşləri zamanı da ermənilər mülki şəxsləri qətlə yetirmiş, yaşayış məntəqələrinə xeyli ziyan vurmuşdular. Həmin vaxt dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün tikinti, təmir və bərpa işləri dövlət tərəfindən aparıldı. Bu dəfə də dövlət vətəndaşa diqqət və qayğı göstərmək kimi özünün ali vəzifəsini yerinə yetirir. Prezident İlham Əliyevin məlum Sərəncamı da əhalinin dövlətin diqqət və qayğısı ilə əhatə olunmasının növbəti göstəricisidir”.
“Deputat həmkarlarımızla Tovuza səfərimiz zamanı bir daha dövlətin öz vətəndaşının yanında olduğunun şahidi olduq. Artıq dövlət başçısının məlum Sərəncamının icrası ilə əlaqədar yaradılan İşçi Qrup rayonun atəşə məruz qalmış kəndlərində ekspertiza və qiymətləndirmə işləri aparır. Yekunda müvafiq qərarlar qəbul ediləcək, təmir və bərpa işlərinə başlanılacaq”, - deyə C.Məmmədov bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

