Antimilli “şura” üzvləri bu dəfə Mehman Əliyevi və “REAL”çıları təhqir etdilər
21.07.2020 [08:46]
Küçə ritorikasından və qeyri-əxlaqi leksikondan əl çəkə bilməyən “şura”çılar bir daha öz kimliklərini Azərbaycan xalqına nümayiş etdirmiş oldular
Radikal müxalifət düşərgəsinin, o cümlədən qondarma “Milli şura”nın fəaliyyətinin mahiyyəti ölkəmizdə hər kəsə bəllidir. Yəni yalnız şəxsi mənafeyə xidmət göstərən bu fəaliyyətin bütün ştrixlərinin ölkəmizin milli maraqlarına qarşı yönəlməsi kimsəyə sirr deyil. Özünü “siyasi qüvvə” adlandıran, əslində isə, heç bir sosial dayağı, elektoratı olmayan qondarma “şura”nın yalnız xarici anti-Azərbaycan mərkəzlərin direktivlərini yerinə yetirməsi, ermənipərəst dairələrin sifarişlərini həyata keçirməsi gün kimi aydındır. Bu qurumu “diri” saxlamaq üçün əldən-ayaqdan gedənlər-AXCP sədri Əli Kərimli və dəstəsi “Milli şura”nı “alternativ siyasi qüvvə” kimi təqdim etməklə xarici donorlardan pul almaq niyyətindədirlər. Bu səbəbdəndir ki, artıq uzun illərdir, hətta təmsil olunduqları düşərgə daxilində belə fərqli fikir bildirənlər və ya bunların dediklərini təkrarlamayanlar antimilli “şura”çılar tərəfindən təhqirlərə məruz qalır, “hakimiyyətə işləməkdə” günahlandırılır, sosial şəbəkələrdəki “troll”lar tərəfindən hədəfə alınırlar.
Yeri gəlmişkən, qondarma “Milli şura”nın sosial şəbəkələrdə yayılmış videoiclasındakı görüntülər də bunu təsdiqləyir. Belə ki, antimilli “şura”çıların öz ritorikalarına uyğun olaraq bu dəfə küçə söyüşlərinə “qonaq” etdikləri şəxslər vaxtilə öyməklə doymadıqları Mehman Əliyev və “REAL”-ın rəhbəri İlqar Məmmədov, “REAL-ın icra katibi Natiq Cəfərli olub.
Qeyd edək ki, bu toplantıda da dilə gətirilən qeyri-etik ifadələrlə bir daha psixoloji durumlarını, hansı təfəkkürün və mədəniyyətin sahibi olduqlarını nümayiş etdirən Gültəkin Hacıyeva, Qənimət Zahid, Vidadi Mirkamal və digərlərinin işlətdikləri ifadələr, əxlaqdan kənar replikaları bir daha onların siyasətçi deyil, “siyasi qeybətçi” olduqlarını ortaya çıxardı. Özlərini sözdə “demokrat” adlandıran Gültəkin Hacıyeva, həmçinin digər antimilli “şura”çılar Mehman Əliyev və digərlərini onların dediklərini təkrarlamadıqları, fərqli mülahizə yürütdükləri üçün hədəfə aldılar. Bu fakt bir daha adını “siyasətçi” qoymuş radikal ünsürlərin yalnız şəxsi maraqları üçün kimlərisə tərifləyib və ya hədəfə aldıqlarını ortaya çıxarır. Hətta təmsil etdiyi qondarma qurumun toplantısını belə məişət tipli, yüngül ifadələrlə “bəzəyən” belələri bununla bir daha öz kimliklərini, “siyasi çəkil”ərini açıq şəkildə cəmiyyətə göstərirlər.
Bəli, aylardır ki, keçirdikləri videoiclaslarla özlərini ifşa edən, siyasətlə deyil, yalnız qeybət ilə məşğul olduqlarını Azərbaycan xalqına nümayiş etdirən, təmsil olunduqları qurumun iclasını lağlağı məclisinə çevirən antimilli “şura” üzvləri bir daha əyani şəkildə göstərdilər ki, onların məsələsi pul davasıdır. Radikal düşərgə daxilində önə çıxmaq üçün hamını qaralamağa hazır olan antimilli ünsürlər üçün heç bir siyasi etika və ya dəyər yoxdur. Onlar xaricdən gələn pullarına kiminsə şərik çıxma ehtimalından o qədər qorxurlar ki, bunu önləmək üçün bütün yollara baş vururlar. Bu zaman isə onların əsl simaları üzə çıxır və bəlli olur ki, özünü “müxalifət” adlandıran bu şəxslər adi dəyərləri belə əxz etmək, qavramaq imkanında deyillər. Onların danışıq tərzləri, özünü aparmaq qabiliyyətləri, leksikonları isə mənəvi-əxlaqi və siyasi dünyagörüşlərinin hansı səviyyədə olduğunu göstərir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

