/ / Prezidentin köməkçisi Hikmət Hacıyev televiziya debatında Ermənistanın xarici işlər nazirinin yalanlarını ifşa edib
Prezidentin köməkçisi Hikmət Hacıyev televiziya debatında Ermənistanın xarici işlər nazirinin yalanlarını ifşa edib
16.07.2020 [09:33]
“Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə debatı olub.
AZƏRTAC xəbər verir ki, Ermənistan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.
Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. H.Hacıyev Ermənistan xarici işlər nazirinin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini vurğulayıb.
O, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirib. Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
H.Hacıyev Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var sualı ilə Ermənistan xarici işlər nazirinə müraciət edib.
Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib. H.Hacıyev Ermənistanın bu təxribatının aşağıdakı səbəblərlə bağlı olduğunu deyib.
- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;
- Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;
- Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;
- Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional connectivity layihələrinə xələl gətirmək məqsədi güdür;
- Həmçinin bu yolla Ermənistan rəhbərliyi COVID-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.
Hikmət Hacıyev Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib, bu kimi açıqlamalarla Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıtdığını vurğulayıb. Bunun ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlik olduğunu qeyd edib.
O, sərhəddə baş vermiş təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyərək, Ermənistanın itkilərini gizlətdiyini və Ermənistan rəhbərliyinin bu hərbi avantüraya görə itkilər barədə öz ictimaiyyətinə hesabat verməli olduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

