/ / Milli şura üzvlərinin sosial mediada Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur
Milli şura üzvlərinin sosial mediada Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur
07.07.2020 [10:03]
Prezident İlham Əliyevin tutarlı dəlil-sübutlarla Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, erməni rəhbərliyinin korrupsiyaya bulaşması faktlarını ifşa etməsi tək Azərbaycan cəmiyyətinə deyil, ermənilərin özlərinə də yaxşı məlumdur. Bu tənqidlərin torpaqlarımızı işğal etmiş düşmənlərdə ciddi narahatlıq yaratması başa düşüləndir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun özünün “Facebook” səhifəsində paylaşdığı yazıda yer alıb.
Əli Əhmədov qeyd edib ki, lakin nə qədər qəribə olsa da, Prezident İlham Əliyev tərəfindən erməni rəhbərliyinin ifşa edilməsinə ermənilərdən daha tez milli şura tərəfindən etirazlar səsləndirilməyə başlandı. Milli şuranın başında duran Cəmil Həsənlinin internet televiziyalarından birinə verdiyi müsahibəsi insanda belə təsəvvür yaradır ki, vaxtilə həbs olunan bir korrupsionerin “hüquqlarının” müdafiəsi komitəsinə rəhbərlik edən tarix professoru indi Prezident İlham Əliyevin amansızcasına ifşa etdiyi Ermənistan rəhbərliyinin “hüquqlarını” müdafiə komitəsi təsis edib. Əks halda onun bu dərəcədə canfəşanlıqla erməni korrupsionerlərinin müdafiəsinə qalxmasının motivlərini başa düşmək mümkün deyil.
“Mən dəfələrlə radikal müxalifətçilərin Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaq naminə irticaçı qüvvələrlə, hətta erməni millətçiləri ilə əməkdaşlığa hazır olduqlarını qeyd etmişəm. Növbəti dəfə onların bu yolda milli xəyanətdən belə çəkinmədiklərinin şahidi oluruq. Gözləndiyi kimi, milli şuranın milli xəyanəti erməni təbliğatının diqqətindən yayınmadı. Sosial media səhifələrində Cəmil Həsənli başda olmaqla milli şura üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində ölkəmizə qarşı apardıqları çirkin təbliğat kampaniyasında “tutarlı arqument” kimi istifadə olunur”, - deyə, Əli Əhmədov bildirib.
YAP-ın Sədr müavini Əli Əhmədov qeyd edib ki, bu insanların torpaqlarımızı işğal etmiş təcavüzkarların təbliğatçılarının dilindən yalnız “uvajaemıy muallim” (ermənilərin Azərbaycana qarşı hazırladıqları videoçarxlarda Cəmil Həsənlini belə adlandırırlar) epitetini qazanmaq naminə Azərbaycanın maraqlarını satmağa hazır olduqlarını düşünmək bəlkə də sadəlövhlük olardı: “Bu qədər ermənipərəstliyin, erməni heyranlığının, indiki erməni rəhbərliyinin təbliğində canfəşanlığın səbəbi olmaya bilməz. Yəqin ortada sövdələşmə qaydalarının bütün məqamlarının gözlənilməsi yox deyildir. Vaxtilə həmin cəbhəyə aid olan, şərti şəkildə desək, neytral zona olan Tiflisdə ermənilərlə Ruslan Bəşirli sövdələşməsi yaddaşlardan silinməyib. Lakin istənilən halda milli şura üzvlərinin yalan və böhtanları ölkəmizə qarşı aparılan erməni təbliğatında həvəslə istifadə olunur. Necə deyərlər, milli şura növbəti dəfə erməni dəyirmanına su tökməklə məşğuldur. Müasir siyasi leksikonda isə bunun adı xəyanətdir”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

