/ / Hikmət Hacıyev: Dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsünü çox vacib bir təşəbbüs kimi qiymətləndirir
Hikmət Hacıyev: Dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsünü çox vacib bir təşəbbüs kimi qiymətləndirir
01.07.2020 [10:30]
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı davam edir. Pandemiya dövründə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında çox sıx əlaqələr qurulub. Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın ilk vaxtlarında Azərbaycana verdiyi tövsiyələr çox ciddi şəkildə nəzərə alındı və ölkəmiz tərəfindən zəruri tədbirlər görüldü.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan Respublikasının qlobal səviyyədə koronavirusla mübarizədə ən vacib tədbirlərindən biri Prezident İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsüdür. Xatırlatmaq istərdim ki, Qoşulmama Hərəkatının mayın 4-də keçirilmiş Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təklif irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən razılaşdırılaraq BMT-nin Baş katibinə müraciət edildi. Baş katib tərəfindən də Baş Assambleyanın prosedur qaydalarına uyğun olaraq üzv dövlətlərə müraciət edildi və onların razılığı istənildi. Qaydalara əsasən, BMT Baş Assambleyasının əksəriyyətinin dəstəyi olduqda müstəsna hal kimi müntəzəm keçirilən sessiyalarla yanaşı, xüsusi sessiyalar da keçirilə bilər. BMT tarixində çox az sayda xüsusi sessiya çağırılıb. COVID-19 ilə mübarizədə də məhz Azərbaycan Prezidenti tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü irəli sürülmüşdür. Bu təşəbbüs BMT-nin 130-dan çox üzv dövləti tərəfindən dəstəklənmişdir. Bu, beynəlxalq səviyyədə Azərbaycan Respublikasına olan etimadın, hörmətin növbəti bariz nümunəsidir. Hazırda BMT-nin müxtəlif strukturları tərəfindən xüsusi sessiyanın çağırılması ilə bağlı müvafiq prosedur addımlar atılır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, bu gün Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır. Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu, çox vacib və vaxtında irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoydu.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

