/ / Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin siyasətinin əsas prioritetini təşkil edir
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin siyasətinin əsas prioritetini təşkil edir
19.02.2010 [09:49]
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılmasına, məişət qayğılarının etibarlı şəkildə həll olunmasına və onların bütün növ infrastruktur növləri ilə təmin edilməsinə nail olmaqdan ibarətdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlər son illərdə daha da gücləndirilib. Onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət başçısı “Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi barədə müvafiq orqanlara tapşırıqlar verib. Bu məqsədlə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Prezident İlham Əliyev həmişə məcburi köçkünlərin həyat şəraiti ilə yaxından maraqlanaraq ölkəmizin artan iqtisadi imkanları hesabına əldə olunmuş gəlirlərin, ilk növbədə, bu insanların rifah halının yaxşılaşmasına yönəldilməsini tövsiyə edib və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə nail olub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarını itirən məcburi köçkünlərin məişət problemlərinin təxirəsalınmaz şəkildə həll olunması və onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər öz mühüm bəhrəsini verib.
Dövlətin qəbul etdiyi proqramlar, imzalanmış fərman və sərəncamlar, qərarlar qaçqınların həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub, respublikamızdakı bütün çadır şəhərciklərinin ləğvinə gətirib çıxarıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hökumət çadır şəhərciklərinin 5 il müddətində ləğv olunmasını nəzərdə tutsa da, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu işləri 4 il ərzində başa çatdırmaq mümkün olub: “Mən çox şadam ki, biz bu məqsədə dörd il ərzində nail ola bilmişik. Bu gün artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Əvvəllər o ağır, çətin vəziyyətdə yaşayan soydaşlarımız indi yeni evlərə köçürülür, yeni binalarda yaşayırlar. Bu qəsəbələrdə bütün infrastruktur yaradılmışdır. Gözəl evlər, yeni salınmış yollar, su xətləri, elektrik enerjisi, məktəb, tibb məntəqələri - yəni, yaxşı yaşamaq üçün bütün imkanlar var. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər”.
Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bərabər, onların hər cür infrastrukturla təmin edilməsi hökumətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz təzahürü kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, indiyədək “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 63 yeni qəsəbə salınıb, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülüb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilib. Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 2 milyard dollara yaxın vəsait xərclənib. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin davam etdirilməsi üçün 500 milyon manatdan çox vəsaitin sərf olunması planlaşdırılır. Yəni, dövlətimizin maliyyə imkanları gücləndikcə, büdcə gəlirləri və eyni zamanda, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə xidmət edir.
Son 6 ildə qaçqınların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. 2004-2008-ci illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Proqram çərçivəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub və ölkə üzrə yaradılmış iş yerlərinin 2 faizdən çoxu Yuxarı Qarabağ, 1 faizə yaxını isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsi 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas istiqamətlərindən biridir. Dövlət Proqramına uyğun olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsinin, kommunal və infrastruktur şəbəkələrinin yaradılmasının daha da gücləndirilməsi nəzərdə tutulub.
Qaçqınların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi, sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı layihələr həyata keçiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

