Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır
20.06.2020 [08:52]
Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərdə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
O bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib. Öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilən Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirməsi respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin Ali nümayəndəsi Cozef Borelin iştirakı ilə iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını deyən dövlətimizin başçısı qeyd edib: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.
Naqif Həmzəyev deyib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəsiziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır. Özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun, bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti haqqında qətnaməsində qeyd olunduğu kimi, Şərq Tərəfdaşlığına üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.
“Videokonfransda Azərbaycanın ərazi bütövlüyü bərpa olunması məsələsinə xüsusi diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.
Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replika atması da gözdən qaçmadı. Paşinyanın hər zaman olduğu kimi, məntiqsiz, cəfəngiyat, yalan ilə dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi dövlətimizin başçısı tərəfindən kəskin şəkildə cavablandırıldı. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammit Münxen debatından sonra Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olmasının növbəti nümayişi oldu.
Ermənistanın baş nazirinin yersiz replikasına Prezident İlham Əliyevin təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına daha bir mesaj oldu. Eyni zamanda, Sammit Azərbaycanın tam müstəqil mövqeyə malik dövlət olduğunun nümayiş etdirdi”, - deyə Naqif Həmzəyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

