Qərbin demokratiya institutları Ermənistandakı repressiyalara heç bir reaksiya göstərmir
18.06.2020 [09:17]
Ermənistanın baş naziri Nikol Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Beləliklə, həm də universal dəyərləri öz repressiya siyasətinə alət edir. Ancaq məsələ bununla da bitmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir. Artıq iyunun 16-da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O, ifadə vermək üçün təhlükəsizlik qüvvələri tərəfindən istintaqa çağırılıb və həbs ediləcəyi istisna olunmur.
“Hər kəsə bəllidir ki, bütün bunların iki səbəbi var. Birincisi, Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsidir. İkincisi isə məhz Q.Sarukyanın N.Paşinyanın hakimiyyətini daha sərt tənqid etməsidir. Hadisənin də bu fonda baş verməsi bir daha müxalifət liderinin təzyiqlərə məruz qalması və bu hadisələrin siyasi təqib olmasının göstəricisidir”, - deyə H.Babaoğlu əlavə edib.
Vurğulayıb ki, Paşinyanın bu addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Əgər işğalçı ölkədəki daxili vəziyyəti qiymətləndirməyə çalışsaq, bunu ikili böhran dövrü kimi xarakterizə edə bilərik. Bunlardan biri pandemiya böhranı, digəri isə siyasi böhrandır. N.Paşinyanın yeganə məqsədi isə ölkədə siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının müddətini uzatmaq və daha totalitar inqilabi diktatura qurmaqdır. Ancaq bəlkə də bunları işğalçı ölkənin daxili işləri kimi görüb onu gündəmə daşımamaq da olardı. Lakin məsələ ondadır ki, Qərbin demokratiya institutları baş verən bütün bu repressiyalara heç bir reaksiya göstərmir, işğalçı ölkənin hərəkətlərinə qiymət vermirlər. Beləliklə, qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması barədə rəyin yaradılmasına xidmət edir. Təəssüf ki, bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərhal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başlada, bunu uzun müddət gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurmağa çalışardılar.
“Ona görə əgər demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı Qərbin demokratiya institutları üçün üstün doğurdan da dəyərdirsə, o zaman Ermənistanda baş verənlərə mütləq adekvat münasibət bildirməli, işğalçı ölkənin diktatura rejimini ifşa etməlidirlər”, - deyə Milli Məclisin deputatı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

