Tural Gəncəliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edib
17.06.2020 [09:04]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bölgənin erməni sakinlərinə müraciət edib.
Bu barədə AZƏRTAC-a “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.
Müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə səslənirəm.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərimiz, sizin seçilmiş nümayəndəniz olaraq, sizlərə müraciət edirəm.
Bu ismarıc sülh mesajıdır. Artıq ədalətli və davamlı yekun sülhə nail olmağın vaxtı çatıb və hətta keçib.
Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ vilayəti ölkəmizin uzun illər ən inkişaf etmiş bölgələrindən biri idi. Biz - Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri uzun illər sülh şəraitində orada birgə yaşamışıq və yenidən yaşayacağıq.
Mən Şuşada böyümüşəm. Yaxşı xatırlayıram, Şuşada yaşadığım uşaq vaxtlarında məhəlləmizdə erməni və azərbaycanlı uşaqlar birlikdə vaxt keçirər, oynayardıq. Mənim oxuduğum sinifdə erməni sinif yoldaşlarım var idi. Bizimlə qonşu küçədə isə erməni xanım yaşayırdı. Onun oğlu ilə birgə Şuşa şahmat məktəbinə gedirdik. O zamanlar mən şahmata o qədər həvəsli idim ki, gələcəkdə şahmat üzrə dünya çempionu olmağı arzu edirdim. Mən Şuşa musiqi məktəbində tar sinfində oxuyarkən, bizimlə birgə musiqi dərsləri alan erməni şagirdləri tanıyırdım. Həyatımız çox xoşbəxt və maraqlı idi. Təəssüf ki, sonradan bizim gözəl həyatımız işğal nəticəsində məhv oldu.
Bilirəm ki, Dağlıq Qarabağın erməni icması arasında orta və yaşlı nəslin elə bir nümayəndəsi yoxdur ki, onun keçmişdə yaxın azərbaycanlı dostu, yaxud rəfiqəsi olmasın. Eyni şeyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri haqqında danışarkən ermənilər barəsində də deyə bilərəm.
Təəssüflər olsun ki, artıq 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının gənc nəsli işğal nəticəsində bir-birindən xəbərsiz böyüyür, ermənilərin və azərbaycanlıların yaxın keçmişdə mövcud olmuş birgə yaşayışından bəzən hətta bixəbərdirlər.
Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin iztirablarını da yaxşı başa düşürük. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.
Hər birinizin diqqətinə çatdırıram ki, sizin də vətəndaşı olduğunuz Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionumuzun ən güclü dövlətidir. Məhz bu dövlət bizim xoşbəxt gələcəyimizin yeganə təminatçısıdır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər bir erməni əsilli sakininə, bölgənin azərbaycanlı sakinləri adından bu mesajı çatdırıram ki, sülh şəraitində birgə yaşayışa hazır olmaq lazımdır.
Mən inanıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də anlayırlar ki, bölgənin azərbaycanlı sakinləri ilə dialoqa mütləq şəkildə ehtiyac var. Biz birgə sülh şəraitində yaşayış barəsində düşünməli və buna nail olmalıyıq. Öz evlərindən didərgin salınmış azərbaycanlılar işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri dönməlidir. Bizlər uzun illərdir ki, öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilmirik və bu hal aradan qaldırılmalıdır.
Təəssüf ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərində Azərbaycana qarşı “düşmən” obrazı yaradılıb, mənfi stereotiplər formalaşdırılıb. Bunların heç birinin əsası yoxdur. Bölgənin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusunda yaşaya bilər. Dünyada bunun çoxlu sayda modeli mövcuddur və mən inanıram ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni sakinləri birlikdə dünyadakı ən uğurlu muxtariyyət formasını yarada bilərlər.
Biz - Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri hazırda adı müharibə və məcburi köçkünlərlə birgə hallanan Dağlıq Qarabağ bölgəmizi Azərbaycanın və hətta dünyanın ən önəmli turizm bölgələrindən birinə çevirə bilər və çevirəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi mədəniyyətin, iqtisadiyyatın və insan kapitalının yüksək inkişafı ilə seçilə bilər və seçiləcək.
Biz - Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, yüksək özünüidarəetmə statusu ilə birlikdə yaşayıb, öz müqəddəratımızı Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq təyin edəcəyik. Buna alternativ yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, turizm, iqtisadiyyat və digər sahələrin inkişafı üçün ən yüksək imkanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaradılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

