/ / Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı haqlı və ədalətli mövqeyi beynəlxalq səviyyədə dəstəklənir
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı haqlı və ədalətli mövqeyi beynəlxalq səviyyədə dəstəklənir
17.06.2020 [08:58]
Avropa Parlamentinin məruzəçilərinin birgə bəyanatında əksini tapmış məqamlar işğal faktının nüfuzlu Avropa təsisatları tərəfindən də təsdiq olunduğunu göstərir
Xəbər verildiyi kimi, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda ölkəmizin işğala məruz qalan tərəf olduğu əksini tapıb. Belə ki, qeyd edilən sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış ifadə olunub.
Qeyd edilməlidir ki, bütün dünyada böyük nüfuza malik olan Avropa Parlamentinin rəsmilərinin belə bir bəyanatla çıxış etmələri beynəlxalq hüquq normalarına əsaslanır və bəyanatda müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Elman Məmmədov Azərbaycan dövlətinin Dağlıq Qarabağ probleminin həllinə yanaşmada tarixi faktlarla yanaşı, beynəlxalq hüquqa, dünya birliyi tərəfindən qəbul edilən norma və prinsiplərə əsaslanaraq prinsipial mövqedən çıxış etdiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, münaqişənin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində təmin olunmalıdır: “Bəhs olunan bəyanat Avropa təsisatlarının ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini əks etdirir. Bəyanatda “Azərbaycanın işğal altında olan əraziləri” ifadəsinin işlədilməsi Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu növbəti dəfə sübuta yetirir. Bu sənəd Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini təsdiqləyir, eyni zamanda, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır. Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq görür və əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir”.
Milli Məclisin üzvü Azər Badamov da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin mövqeyinin qəti və birmənalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsinə üstünlük verdiyi halda, Ermənistanın mövqeyi qeyri-konstruktivdir. Bu isə birmənalı olaraq beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır: “Avropa Parlamentinin rəsmiləri tərəfindən verilən bəyanat olduqca müsbət xarakterə malikdir. Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi aydın şəkildə ortaya qoyulur. Bununla yanaşı, bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir və bunu qınayır. Fikrimcə, bu bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinə çox ünvanlı və konkret bir çağırışdır, eyni zamanda, həmsədrlər üçün yol xəritəsinə çevrilməlidir. İnanıram ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri özündə əks etdirən bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədrlərinin bundan sonrakı fəaliyyətində, addımlarında nəzərə alınacaq”.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

