“Pravda.ru”: Koronavirus Paşinyanın vədlərini puç edib
12.06.2020 [09:11]
Rusiyanın “pravda.ru” saytında MDB Ölkələri İnstitutunun Ermənistan filialının direktoru Aleksandr Markarovun Ermənistanda vəziyyət barədə müsahibəsi bu başlıq altında dərc edilib.
AZƏRTAC həmin müsahibəni təqdim edir.
* * *
Paşinyanın planları puç olub
- Aleksandr, Ermənistanın indiki hakimiyyəti praktiki olaraq yaxşılığa doğru heç bir dəyişiklik etməyib. Buna baxmayaraq, əhali Nikol Paşinyanı populist hesab etmirmi? Yoxsa adi Ermənistan vətəndaşı öz həyatında (əlbəttə, koronavirusa qədər) müəyyən yaxşılaşma hiss edib?
- Bu sualın cavabı kimdən soruşmaqdan və nəyi populizm hesab etməkdən asılıdır. Yəqin ki, əhalinin müəyyən kateqoriyası bəzi yaxşılaşma hiss edə bilib. Söhbət kiçik və orta biznesin bir hissəsi barədə gedə bilər, onlara daha artıq fəaliyyət azadlığı verilib, hərçənd indiyə qədər vergidən başqa bu azadlıqları kimin və nəyin məhdudlaşdırması aydın deyil. Əhalinin bir hissəsinin əməkhaqlarına əlavələr edilib. Bəziləri üçün bu artım ciddi, digərləri üçün cüzi ola bilər.
Lakin yəqin ki, əsas məsələ əhalinin bütövlükdə iqtisadi və sosial inkişaf perspektivlərini necə təsəvvür etməsindən və indi istiqaməti düzgün və inkişaf dinamikasını yetərli hesab edib-etməməsindən ibarətdir.
Hər halda əvvəllər təqdim edilən rəsmi statistika və sosiologiya göstərirdi ki, əhalinin əksəriyyətinin fikrincə, cəmiyyət düzgün istiqamətdə hərəkət edir. Aydındır ki, koronavirus və onun doğurduğu iqtisadi dəyişikliklər ölkədə iqtisadi və sosial şəraitə təsir göstərməyə bilməz. Həm də bu təsir koronavirusdan əvvəl mövcud olan azacıq müsbət məqamlarla müqayisədə daha əhəmiyyətli ola bilər.
İri biznes problemləri qalır. Söhbət investisiyaların artırılması, ixracın artırılması imkanları və bütövlükdə inkişaf barədə gedirdi. Lakin vəziyyət dəyişmədi. İndi isə əsas məsələ yəqin ki, mövcud mövqeləri qoruyub saxlamaqdır, çünki münaqişə və məhkəmə hakimiyyətinin anlaşılmaz fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik şəraitində iri investisiyalar ola bilməz.
Buna görə sabitliyi yalnız yuxuda görmək olar. Təbii ki, biznes bu vəziyyəti görmək istəməzdi. Buna müvafiq olaraq, heç olmasa müəyyən qədər sabitlik və müəyyənlik olmadıqda, ciddi iqtisadi inkişaf barədə danışmaq çətindir, amma xalq buna çalışırdı. Haradansa peyda olmuş koronavirus və yarasa hətta ehtimal edilən perspektivləri də öz qanadları altına aldı.
- Paşinyanın seçkiqabağı vədlərindən biri Ermənistan diasporundan investisiyalar cəlb etmək barədə idi. Diaspor o qədər də bədxərclik etmədi.
- Məsələ də ondadır ki, bu investisiyalar yalnız qismən həyata keçirildi. Gözlənilən həcmə heç yaxın da gəlmədilər. Hələ 2018-ci ilə qədər başlanmış layihələr vardı, onlar başa çatdırıldı və müəyyən yeni iş yerlərinin açılması ilə nəticələndi. Bu barədə daim çox böyük bir nailiyyət kimi danışırlar. Əslində isə həmin layihələrin çoxu sadəcə kölgə iqtisadiyyatı vəziyyətindən çıxarıldı.
Diasporun yuxudan oyanacağı, Ermənistana üz tutacağı, milyonlarla dolların üçüncü respublikaya axacağı barədə gözləntilər doğrulmadı. Buna oxşar heç bir hadisə baş vermədi. Bu barədə böyük etirazlar yoxdur. Sadəcə biznesmen hər halda rasional adamdır, buna görə də prosesin başa çatmasını gözləyir, axı, necə deyərlər, bərədə atları dəyişməzlər.
Hər halda bərəni keçmək lazımdır. Çayı üzüb keçəndən sonra prosesin uzunmüddətli olacağına ümid bəsləmək olar. Bərədən keçmə prosesində isə qarşı sahilə çatıb-çatmayacağınız barədə müəyyənlik yoxdur.
İnsanların peşmançılığı artır
- Belə çıxır ki, ermənilər hələ Paşinyana görə çox peşman olmayıblar, hələ ümidləri qalır. Hökumətin hansısa konkret planları, oriyentirləri, yol xəritələri varmı?
- Bəli, özü demişkən, “100 gün” və “500 gün” planları vardı. Yəni hətta konkret müddətlər göstərilmişdi, lakin həmin müddətlər artıq keçib. Buna görə də ümidsizliyə qapılmış insanların sayı artır və çox güman ki, əgər bundan sonra da nəticə olmasa, vaxt keçdikcə daha da artacaq. Müəyyən müddət ərzində çox böyük planlar barədə danışmaq olar, lakin əgər bunlar yalnız gurultulu fraza kimi qalsa, konkret nəticələr olmasa məyusluq yaranır.
Məyusluq olanda isə aydındır ki, insanlar düşdüyü vəziyyətdən çıxmaq üçün yeni xilaskar axtaracaqlar. Yaxın zamanda ÜDM artımını təmin edə biləcək real planlar yoxdur və bu vəziyyətdə ola da bilməz. Deməli, ümidsizliyin artması ehtimalı çoxalır.
İnsanların çoxu Paşinyana böyük ümid bəsləyirdi. Əgər o, heç bir əhəmiyyətli iş görə bilməsə ola bilsin ki, məyusluq yaranmayacaq, insanlar sadəcə siyasi və ya hər hansı başqa həyata marağı ümumiyyətlə itirəcəklər. Nələr baş verməsi heç kəsin vecinə olmayacaq. Bu isə ən dəhşətli vəziyyətdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

