Xankəndi - Azərbaycanın mirvari şəhəri
16.02.2010 [15:59]
Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi yaradılıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınıb. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərilərinə yaxın olması da nəzərə alınıb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı.
İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alıb.
Qeyd edilməlidir ki, Azərbaycanın İsmayıllı rayonunun ərazisində də Xankəndi adlanan yaşayış məntəqəsi var. Araşdırmalar onun da həmin regionun xanları tərəfindən salındığını sübut edir. Digər tərəfdən, ölkəmizin 19 rayon ərazisində Xan adı ilə başlayan 26 yaşayış məntəqəsi vardır. (Xanabad, Xanbulaq, Xankeçən, Xanagah və s.) Elə Xankəndinin yerləşdiyi Əskəran rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd - Xanarx və Xansk daxildir. Həmin inzibati dairəyə daxil olan 53 kəndin 39-nun adı isə təmiz Azərbaycan adıdır. Xan adlı iki kənd də - Xanlıqpəyə və Xanalı Qarabağ xanlığının mərkəzi olan Şuşa rayonunun inzibati ərazisində yerləşir.
Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il “Gülüstan” müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edib. Əvvəlki həyat tərzi dağıdılıb, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilib, hər şey imperiyanın maraqlarına tabe etdirilib.
Eyni zamanda, keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayıb. Onların biri də Xankəndində yerləşdirilib.
Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi, digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.
çar çinovnikləri üçün digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-cü ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.
Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz süvari diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini “ştab” adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşdü.
çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirildi, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edildilər. 1900-cü ildə Xankəndində artıq 3 min əhali yaşayırdı, hətta ikisinifli məktəb də fəaliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirildi.
Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artdı. Ancaq bununla belə, şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq, onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşırdı.
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövlətini elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum etdi, dinc insanlara qarşı qətliam törətdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də saxlanılır.
Həmin dövrdə qanlı qarşıdurmalar, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən, Xankəndində də baş verdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da da onlar bu metodu təkrarlayaraq Stepanakertdə (Xankəndi) yerləşən keçmiş Sovet Ordusunun 366-cı polkundan yararlanaraq Xocalı soyqırımını törətdilər.
1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.
1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqlarına iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi.
Acınacaqlıdır ki, Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın - Büronun 9 nəfər üzvü həll etməyə çalışdı. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə yad olan bolqar, ancaq biri - Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütün qanunları və reallıqları kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəldi.
Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra Büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyət verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını çıxarmağa məcbur etdi. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə aldılar. Həmçinin, Azərbaycan rəhbərlərinin kənardan gəlmə olması (1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov) respublikanın ikinci Ermənistana çevrilməsinə şərait yaradırdı.
Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla, Azərbaycan daxilində muxtariyyət verilməsi qərarını qəbul etdi. 7 iyul 1923-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil edilməsi barədə qərar çıxardı. Vilayət mərkəzi bürosunun qərarının əleyhinə olaraq isə hədəfə Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürüldü. Yeri gəlmişkən, bütün bu qərarlar vilayətin erməniləşdirilməsi məqsədinə xidmət edirdi.
Maraqlı məqamlardan biri də ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adının dəyişdirilməsi oldu. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırılmağa başladı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur.
Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir.
Avstriyalı tarixçi, professor Erix Fayql 2006-cı ildə bildirmişdi: “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.
Mərkəzi hakimiyyətin ciddi cəhdlərinə baxmayaraq, sovet dövründə belə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi.
Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayaq mərkəzini qurmaq, Azərbaycana daim problem yaratmaq idi. Elə bu səbəbdən də, DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət etdi. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi.
A.Tamanyan region üçün yad adam idi. O, ancaq 1923-cü ildə 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edildi. Həm İrəvanda, həm də Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların olmasına baxmayaraq, qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırıldı. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar) 1927-28-ci ildə üçmüəzzənin (sonradan ermənilər oranı Eçmiadzin adlandırdılar) baş planını hazırladı. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirildi.
A.Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın razılığı ilə 1926-cı ildə Xankəndinin baş planı qəbul edildi. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi.
Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayaraq Qarabağ erməni icmasının separatizm hərəkatında fəal iştirak edib.
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başladı. Bu işə Azərbaycanın ümumrespublika resurslarından böyük dəstək verildi. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başladı.
Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərirdi. Şəhərdə 1939-cu ildə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə isə 60 min əhali yaşayıb.
Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisidir.
Artan əhali üçün nəinki mənzillər tikildi və müvafiq sosial və kommunal infrastruktur yaradıldı, onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikildi. Eyni zamanda, bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradıldı.
Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal etməyə başladı. Sovet imperiyası dağılana kimi Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı.
Həmçinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Xankəndinə dəmiryol xətti çəkildi, şəhərdə müasir dəmiryol stansiyası inşa edildi.
Onu da əlavə edək ki, sadaladığımız bu müəssisələrin bir çoxu da məhz Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə tikilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi.
Təbii ki, iqtisadi sahədəki inkişaf humanitar sahəyə də öz təsirini göstərib. Şəhərdə sovxoz-texnikum, tibb və musiqi məktəbləri mövcud idi. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açıldı. 1973-cü ildə filial Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta çevrildi, onun erməni, Azərbaycan və rus bölmələri daha geniş çərçivədə fəaliyyət göstərməyə başladı.
Şəhərdə Tarix-Diyarşünaslıq Muzeyi açıldı, Dram Teatrı fəaliyyət göstərməyə başladı. Şəhərin arxitektura siması vilayət mərkəzi statusuna uyğun gücləndirildi. 1960-cı ildə o dövrün məşhur arxitektoru Q.Məcidovun layihəsi əsasında mərkəzi Lenin meydanı olmaqla vilayət partiya komitəsinin binası istifadəyə verildi, 1972-ci ildə arxitektor N.Kəngərlinin layihəsi əsasında vilayət icraiyyə komitəsinin binası tikildi. Hal-hazırda arxitektor Məcidovun layihələndirdiyi binada separatçı rejimin administrasiyası yerləşir, mərkəzi meydanında isə vaxtaşırı erməni millətçilərinin Azərbaycan əleyhinə mitinqləri keçirilir.
Bu gün fəxr yerimiz Xankəndi şəhəri Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan işğalına qədər orada yaşayan 17 minə qədər azərbaycanlı sakin şəhərdə erməni separatizminə qarşı bacardıqları qədər mübarizə apardılar. Bu çətin mübarizə bir çox hallarda çoxsaylı itkilərlə müşayiət olunurdu. Erməni millətçilərinin əvvəldən ciddi hazırlığı və Moskva tərəfindən hərtərəfli dəstəyi şəhərin Ermənistanın nəzarəti altına keçməsinə səbəb oldu. Axırıncı azərbaycanlılar Xankəndini 1991-ci ilin dekabrında tərk etdi. Bu gün xankəndililər respublikamızın bütün bölgələrində qaçqın həyatı yaşayırlar.
Bununla belə, respublikamızın ərazi bütövlüyü uğrunda əzmi qırılmazdır. Dağlıq Qarabağın və digər işğal edilmiş ərazilərimizin işğaldan azad olacağı gün isə heç də uzaqda deyil. Bunu bizdən xalqımızın dəyərli tarixi və onun qəhrəman oğullarının ruhları tələb edir.
Aydın MİRZƏZADƏ,
Azərbaycan Resp
ublikası Milli Məclisinin deputatı, siyasi elmlər namizədi
Xəbər lenti
Hamısına bax
Gündəm
16 Oktyabr 15:56

Siyasət
16 Oktyabr 15:50

YAP xəbərləri
16 Oktyabr 15:49

YAP xəbərləri
16 Oktyabr 15:30

Hərbi
16 Oktyabr 15:20

YAP xəbərləri
16 Oktyabr 15:15

YAP xəbərləri
16 Oktyabr 15:05
YAP xəbərləri
16 Oktyabr 14:39
YAP xəbərləri
16 Oktyabr 14:10

Gündəm
16 Oktyabr 13:44

YAP xəbərləri
16 Oktyabr 13:34

Mədəniyyət
16 Oktyabr 13:30

YAP xəbərləri
16 Oktyabr 13:18

Hadisə
16 Oktyabr 13:12

Gündəm
16 Oktyabr 13:07

Sosial
16 Oktyabr 13:03

YAP xəbərləri
16 Oktyabr 12:59

Sosial
16 Oktyabr 12:54

Gündəm
16 Oktyabr 12:48

Gündəm
16 Oktyabr 12:47

Siyasət
16 Oktyabr 12:42

YAP xəbərləri
16 Oktyabr 12:24

Gündəm
16 Oktyabr 12:22

YAP xəbərləri
16 Oktyabr 12:17

YAP xəbərləri
16 Oktyabr 12:06

YAP xəbərləri
16 Oktyabr 12:04
YAP xəbərləri
16 Oktyabr 11:58

Sosial
16 Oktyabr 11:50

Siyasət
16 Oktyabr 11:39

Hadisə
16 Oktyabr 11:37

İqtisadiyyat
16 Oktyabr 11:35

İqtisadiyyat
16 Oktyabr 11:33

MEDİA
16 Oktyabr 11:15

Sosial
16 Oktyabr 11:13

İqtisadiyyat
16 Oktyabr 10:52

Siyasət
16 Oktyabr 10:38

İqtisadiyyat
16 Oktyabr 10:14

Sosial
16 Oktyabr 09:57

Analitik
16 Oktyabr 09:35

Analitik
16 Oktyabr 09:11

Sosial
16 Oktyabr 08:59

Sosial
16 Oktyabr 08:33

Maraqlı
15 Oktyabr 23:55

İqtisadiyyat
15 Oktyabr 23:31

YAP xəbərləri
15 Oktyabr 23:14

YAP xəbərləri
15 Oktyabr 22:53

YAP xəbərləri
15 Oktyabr 22:51

YAP xəbərləri
15 Oktyabr 22:47

YAP xəbərləri
15 Oktyabr 22:47

YAP xəbərləri
15 Oktyabr 22:38

Dünya
15 Oktyabr 22:15

YAP xəbərləri
15 Oktyabr 21:59

Dünya
15 Oktyabr 21:30

Mədəniyyət
15 Oktyabr 21:21

Hadisə
15 Oktyabr 21:18

Hadisə
15 Oktyabr 20:55

YAP xəbərləri
15 Oktyabr 20:34

Dünya
15 Oktyabr 20:16

İqtisadiyyat
15 Oktyabr 19:50

Dünya
15 Oktyabr 19:29

Maraqlı
15 Oktyabr 19:17

YAP xəbərləri
15 Oktyabr 18:41

Maraqlı
15 Oktyabr 18:25

YAP xəbərləri
15 Oktyabr 18:03

Dünya
15 Oktyabr 17:20

Maraqlı
15 Oktyabr 16:43

YAP xəbərləri
15 Oktyabr 16:41

İdman
15 Oktyabr 16:40

YAP xəbərləri
15 Oktyabr 16:38

YAP xəbərləri
15 Oktyabr 16:38
