Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü
08.04.2020 [10:21]
Dövlətimizin başçısının “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi dövlətin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir
Müstəqil Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının təmin olduğu, müasir demokratik ölkədir. Digər tərəfdən, Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini humanizm ənənələrinin yaşadılması və tətbiq olunması təşkil edir.
Qeyd etmək lazımdır ki, humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir. Çoxşaxəli humanizm siyasətinin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq, sosial münasibətlər sistemində iştirak edən, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən sərəncamların imzalanması, həmçinin amnistiya aktlarının qəbul olunması təşkil edir.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, bu siyasətin və müsbət ənənənin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hər zaman sosial ədalət, insanpərvərlik dəyərlərinə böyük önəm verib. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunması və dövlət siyasətində humanizm prinsipinin bərqərar edilməsi istiqamətində ciddi dönüş yaranıb. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə olan etimadının yüksəlməsinə xidmət edib. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması xüsusi əhəmiyyətə malikdir. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Azərbaycan ictimaiyyəti ölkə başçısının insanpərvər siyasətini olduqca yüksək qiymətləndirir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Ümumiyyətlə, əfv sərəncamlarının imzalanmasının həm də əxlaqi, mənəvi-psixoloji, ictimai faydası inkaredilməzdir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
Yeri gəlmişkən, dövlət başçısının “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilməsi bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, Sərəncam yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunub.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, sözügedən Sərəncam Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürü olmuşdur. Dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.
Nəticə etibarilə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti nümunəsini təşkil edir. Bu, öz növbəsində, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz örnək kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti ölkə başçısının insanpərvər siyasətini olduqca yüksək qiymətləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

