"Azadlıq" yenə də öz ampluasında...
10.02.2010 [10:04]
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda bütün sahələrin inkişafına təkan verdiyi kimi, o cümlədən də, uzun illər həsrətini çəkdiyimiz söz azadlığı hüququ, demokratiyanın inkişafı ölkəmizin müasir dünya standartlarına yiyələnməsinə yol açdı. Bu bir həqiqətdir ki, məhz söz azadlığı, insan azadlığı kimi hüquqlar Azərbaycan vətəndaşının ölkəmizdə tam mənada müstəqil, sərbəst düşünməsinə, davranmasına imkan verdi.
Amma təəssüf ki, Azərbaycan hakimiyyətinin öz vətəndaşına verdiyi bu hüquqlardan bəzi hallarda sui-istifadə olunur. Məsələn, bu gün demək olar ki, dünyanın demokratiya etalonu kimi xarakterizə olunan ölkələrində belə olmayan söz azadlığı Azərbaycanda mövcuddur. Amma bu heç kimə yalan, böhtan, şər yazmaq, və ya əsassız informasiya yaymaq kimi bir hüquq vermir.
Müxalifət mətbuatında, xüsusilə “Azadlıq” qəzetində isə heç bir əsası olmayan, yalan və böhtan xarakterli məlumatların yayılması, güclə ictimai rəyə sırınması, insanların düşüncəsini qarışdırmağa yönəlik məqalələrin yazılması adi hala çevrilib. “Azadlıq” artıq uzun müddətdir ki, media orqanı funksiyasından çox şəxsi maraqların əsirinə çevrilən bir qəzet statusunu daşıyır. Maraqlıdır ki, bu yalanları, dezinformasiyaları yaymaqla özlərini xalqın gözündə daha da cılızlaşdırırlar. Bununla belə, çirkin əməllərinə son vermək istəmirlər. Hər gün AXCP sədri Ə.Kərimlinin təlimatlarına uyğun olaraq, qəzetin əməkdaşları guya iqtidar komandasında ziddiyyətlər olması haqqında dezinformasiyalar yayır, yaxud da vəzifəli şəxslər haqqında yalanlar uydururlar. Bu yalanlara isə heç “Azadlıq” qəzetində çalışanların özləri də inanmırlar.
Maraqlıdır ki, “məlumatlı mənbəyə” istinadən verilən qərəzli məlumatlarda məntiq gözlənilmir, hamıya məlum faktlar eybəcər şəkildə təhrif olunur, qərəzlilik və məlumatsızlıq açıq şəkildə özünü büruzə verir. Hətta çox hallarda bu qəzetin səhifəsində yer alan yazılar insana məqsədli şəkildə həyata keçirilən şantaj təsiri bağışlayır. Qəzetdə gedən səhvlər isə dillərdə “anekdota” çevrilməkdədir. Təsadüfi deyil ki, Rusiya prezidenti Dmitri Medvedevin “nam nujno sverit çası” ifadəsini şərh edən “Azadlıq” qəzeti yazmışdı: “Xatırladaq ki, Azərbaycanla Rusiya arasında bir saat fərq var”... Belə “dərin” fikirlər isə bu qəzetin ciddiliyinin dərəcəsinin göstəricisi sayıla bilər.
Bütün bu biabırçılıqlara baxmayaraq, qəzet öz ampluasını davam etdirir. Qəzetin 9 fevral tarixli sayında yenə də “məlumatlı mənbəyə” istinadən iddia olunur ki, guya Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ad günü münasibətilə “İstiqlal” ordeni ilə təltif olunması nəzərdə tutulubmuş. Lakin müəyyən səbəblərdən bu addım atılmayıb...
Həqiqətən də, böhtanın bu qədəri artıq insanın xislətinin korlanmasından xəbər verir. Bu insanlar dərk etmirlər ki, bu cür çiy, yalan, böhtan yazılarla ancaq özlərinə ziyan vururlar. “Azadlıq” qəzetinin kollektivinin, ilk növbədə isə bu yazını yazan “araşdırmaçının” nəzərinə çatdırırıq ki, Azərbaycan Prezidentinin 02.02.2005-ci il tarixli Sərəncamı ilə Polad Bülbüloğlu “İstiqlal” ordeni ilə təltif olunub...
Axı ən azı jurnalistikada çalışan peşəkar yox, təcrübə keçən tələbə də bilir ki, hansısa məlumatı dərc edəndə onu bir yoxlamaq lazımdır. Gözünü yumub nəinki ağzına, hətta ağlına gələni yazmaq, məlumatı dəqiqləşdirməmək, hadisələrə sadəcə öz istəklərinə uyğun don geyindirmək “Azadlıq” qəzetinin peşəkarlığının dərəcəsindən xəbər verir. Budurmu sizin jurnalist peşəkarlığınız???
...Bundan artıq özünüifşa sadəcə mümkün deyil. Bunun adına dünyanın heç bir yerində siyasi mübarizə demirlər. Buna söz azadlığı adı vermək də düzgün olmazdı... Bunun bir adı var: YALANçILIQ...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14

