/ / Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib
25.02.2020 [09:27]
Fevralın 24-də Bakıda “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, (BMTM) Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qadın, sülh və təhlükəsizlik məsələlərinə dair qəbul etdiyi 1325 saylı qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində işğal pislənilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.
Prezidentin köməkçisi bildirib ki, bu tədbir, eyni zamanda, Azərbaycan xalqının ağrılı yarası olan Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində keçirilir. Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların fəal rolunun mühüm amil olduğunu vurğulayan Hikmət Hacıyev deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. “Azərbaycan qadınları hər zaman ölkəmizin tarixində mühüm rol oynayıblar. Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququ verilib”, - deyən Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əks olunub. Qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol oynayır. Qadınların sülhün təmin edilməsi prosesindəki rolu təmin edilmədən məqsədlərə nail olunmayacaq.
“Regionun davamlı inkişaf modelini həyata keçirmək üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq çox vacibdir”, - deyən Qulam İshaqzai Qarabağ icmaları arasında dialoq yolu ilə sabitliyin və sülhün möhkəmləndirilməsinin də önəmini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1325 saylı qətnamə ilə bağlı Azərbaycanın Milli Fəaliyyət Planının hazırlanaraq müvafiq dövlət qurumlarına göndərildiyini diqqətə çatdırıb. O deyib: “Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? İlk növbədə, işğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır. Niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal yerinə yetirilir. Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da sözlərini deyə bilsinlər. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsun”, - deyə komitə sədri bildirib.
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir. “Azərbaycan erməni işğalından əziyyət çəkməkdə davam edir. Biz bir milyondan çox qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmalarını tələb edirik, əsir saxlanılanlar isə sərbəst buraxılmalıdır. Ermənistan tərəfinin təcavüzü nəticəsində yaranan humanitar fəlakətdə ən çox əziyyət çəkən qadınlar olub”, - deyə S.Əliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qadınlar cəmiyyətin qurulmasında həmişə konstruktiv rol oynayıblar. Onların statusu həmişə yüksək olub, onlar iqtisadiyyatın və ictimai həyatın müxtəlif sahələrində kişilərlə bərabər fəal çalışırlar.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir. “Təəssüf ki, İkinci Dünya müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. Ona görə də 1970-ci illərdə bu məsələyə diqqət artdı. 1325 saylı qətnamənin qəbulundan sonra Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını da qeyd etməliyik. Bu məhkəmənin də araşdırmalarında qadınların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadınların torpaqlarında ləyaqətlə yaşamaq haqqı tanınmalıdır. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın fəal iştirak edəcəyini gözləyirik. Bir statistikanı da qeyd etmək istəyirəm. Son 118 ildə Nobel mükafatı alan 52 qadından 17-si Sülh mükafatı alıb. Azərbaycan qadınlarının da torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfələrini verəcəyinə əminəm”, - deyə icma rəhbəri vurğulayıb.
Konfrans panel müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

