Qeyri-qanuni miqrasiya sahəsində nəzarətsizlik hökm sürür
02.02.2010 [09:49]
2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin yekunlarına həsr olunan müşavirədə bir daha təsdiqlədi: “Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır”.
Dünyanı bürüyən maliyyə böhranı hətta ən inkişaf etmiş ölkələri də sarsıdıb. Hətta güclü iqtisadiyyata sahib dövlətlərin də ağır itkilər verdiyi bu dönəmdə ölkəmizdə təkcə ötən il 74 min yeni iş yeri açılıb. Böhranlı bir il üçün bu kifayət qədər böyük rəqəmdir. ötən il ölkəmizin valyuta ehtiyatları artmaqda davam edib və ümumi mənzərə ürəkaçan görünür. Bu, ölkə əhalisinin sosial rifahının yaxşılaşmasını təsdiqləməklə yanaşı, əcnəbiləri də Azərbaycana cəlb edir.
Təbii ki, ölkəmizdə məşhur olmayan, yeni sayılan və ya ölkə əhalisinin maraq göstərmədiyi ayrı-ayrı peşələr var ki, onlar üçün işçi qüvvəsinin xaricdən gətirilməsi zəruridir. Lakin sadə peşələrdə əcnəbilərin əməyindən istifadə olunması yolverilməzdir. Elə götürək, çin masajını. Bunun üçün sosial reabilitasiya kursları təşkil edilib, hətta gözdən əlillərin bu sahədə xüsusi istedadı nəzərə alınaraq onların bu sahəyə cəlb edilməsi prosesinə start verilib. Elə isə çinlilərin masajdan ötrü ölkəmizə gətirilməsinə nə ehtiyac var? Yaxud çin mallarını satmaq üçün Azərbaycanda xırdavatçıdan tutmuş böyük biznesmenə qədər hər cür ticarətçi var.
Prezident İlham Əliyev bu prosesin ölkəmizin maraqlarına uyğun olmayan istiqamətə yönəlməsinin qarşısının alınmasını vacib hesab edir: “Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin sayı artacaqdır. çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir”.
Elə qanunlarımıza hörmət əsasında ölkəmizə gələn miqrantların sayı da göstərir ki, Azərbaycana xaricdən axın çoxalıb. Hazırda respublikamızda müvafiq fərdi icazə əsasında 80 ölkədən gəlmiş 5784 nəfər əmək fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,4 dəfə çoxdur. 2009-cu il ərzində müddəti uzadılan fərdi icazələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çox olub. Bu artım işəgötürənlərin yeni işçi qüvvəsi gətirməkdən daha çox, ölkədə olan əcnəbi işçi qüvvəsindən istifadəyə üstünlük vermələri ilə izah olunur.
Deməli, ölkəmizə lazım oldu-olmadı, xaricdən işçi qüvvəsi gətirilməsi prosesinin qarşısı müəyyən qədər alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elnur Kələntərovun sözlərinə görə, məşğulluq problemlərinin həllində başlıca istiqamətlərdən biri də qabaqcıl beynəlxalq təcrübə əsasında daxili əmək bazarının qeyri-leqal əməkçi miqrantlardan səmərəli qorunmasından ibarətdir. Bu istiqamətdə onun təmsil etdiyi qurum öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıb: “ölkə başçısının miqrasiya idarəetmə sisteminin inkişafına dair müvafiq Fərmanının icrası olaraq xarici işçi qüvvəsinin cəlb olunmasına nəzarətin gücləndirilməsi və qeyri-qanuni əmək miqrasiyasının qarşısının alınması məqsədi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın layihəsi hazırlanıb və Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib. “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” cənab Prezidentin Fərmanına uyğun olaraq, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsinin 1 iyul 2009-cu il tarixdən “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi təmin edilib”.
E.Kələntərovun sözlərinə görə, 12 fevral 2009-cu il tarixdən əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumu məbləğinin 45 manatdan 1000 manata qaldırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəmizə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə xidmət edir. 2009-cu il ərzində işə cəlb etdiyi əcnəbilər üçün fərdi icazələrin alınmasına və fərdi icazələrin müddətinin uzadılmasına görə işəgötürənlər dövlət büdcəsinə rüsum kimi 4 577 835 manat vəsait köçürüblər.
Qanunsuz miqrantların sayı isə qanuni miqrantlardan fərqli olaraq, daha böyük sürətlə artır. Bunun isə bir neçə səbəbi var. Əvvəla, yuxarıda qeyd edildiyi kimi, əcnəbilər üçün qanuni yolla ölkəyə daxil olmaq asan məsələ deyil. Hər hansı əcnəbi işçinin əməyindən istifadə etmək istəyən sahibkar olmalı, o, həmin əcnəbi üçün dövlətə 1000 manat rüsum ödəməlidir. Bununla da iş bitmir. Sahibkar dövləti inandırmalıdır ki, həmin əcnəbi işçinin bacardığını bu ölkədə bilən yoxdur. Müxtəlif yollarla Azərbaycana gəlib, bir daha geri qayıtmamaq isə çox ucuz başa gəlir. üstəlik, bu vəziyyətdə nə rüsum, nə cərimə, nə də cəza var. Bu istiqamətdə nəzarətsizlik, boşluq, hətta fəaliyyətsizlik hiss olunmaqdadır. Bu sahədə heç bir nəzarətin olmaması yəqin ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətsizliyi ilə izah oluna bilər. Qeyri-leqal miqrantlarla mübarizədə hüquq-mühafizə statusundan da yararlana bilməyən bu qurum bəlkə bundan sonra Prezidentin “Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik”, xəbərdarlığını nəzərə alaraq ciddi addımlar atmağı məqbul saya!
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

