“Medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi”
15.02.2020 [10:48]
“Demokratik cəmiyyətdə bütün siyasi proseslərdə media daim öndə olan bir institut kimi çıxış edir, xəbərləşmə və ictimai rəy məhz media üzərindən formalaşır. Ona görə də 9 fevral 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkiləri kimi mühüm bir siyasi-hüquqi hadisə də proses boyu daim milli mediamızın diqqət mərkəzində oldu. Əlbəttə, iddia edə bilmərik ki, bu proses media tərəfindən ideal səviyyədə işıqlandırıldı, ancaq ümumilikdə media bir ictimai institut kimi öz funksiyalarını yerinə yetirə bildi. Demokratik cəmiyyətdə bu, olduqca mühümdür”. Bunu SİA-ya millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, hər şeydən öncə qeyd etmək lazımdır ki, medianın azad fəaliyyət göstərməsi üçün bütün şərtlər təmin edilmişdi: “Düşünürəm ki, bir qisim media orqanları onlara tanınan hüquq çərçivəsində xeyli sayda namizədlə qarşılıqlı faydalı münasibətlər qura bildilər ki, bu da təbliğat-təşviqat kampaniyası prosesində müəyyən keyfiyyət fərqi yarada bildi. Başqa bir məsələ ondan ibarət idi ki, peşəkar məsuliyyət daşıdığı üçün internet resurslarında daha çox rəsmi saytlar önə çıxmaqla sosial şəbəkələrdə ciddi rəqabət apara bildi. Bunun səbəbi informasiya cəmiyyətimizin hüquqi-siyasi prosesləri adi hadisələrdən fərqləndirməyi bacarması idi. Bu, cəmiyyətin hüquqi bilinclərinin xeyli dərəcədə təkmil olmasından xəbər verir. Müşahidə etdiyim və məmnun qaldığım əsas məsələlərdən biri elə bu oldu. O ki qaldı bəzi media qurumlarının media prinsiplərinə zidd davranışlarına, düşünürəm ki, belə hallar da istisna deyil. Ancaq bununla bağlı xüsusi araşdırma aparmadan daha detallı danışa bilmərəm. Yaxşı olar ki, belə məsələlər araşdırılsın, ictimai müzakirə obektinə çevrilməklə tənqid edilsin. Bu, yalnız mediamızın inkişafına kömək edə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

