Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
01.02.2020 [11:21]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yanvarın 31-də Qazaxıstan Xalqı Assambleyasının (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı eyni köklərə, oxşar mədəniyyətə malik Azərbaycan və Qazaxıstan xalqlarını tarixi dostluq əlaqələrinin bağladığını bildirən DQİDK sədri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, hər iki xalqın liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən tarixi köklərimizə söykənən dostluq münasibətləri əsasında qurulmuş əlaqələrimizi bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla davam etdirir. Komitə sədri, eyni zamanda Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə həmişə Azərbaycanın haqlı mövqeyini beynəlxalq və regional təşkilatlarda dəstəklədiyini xüsusilə vurğulayıb.
Ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında qonaqları məlumatlandıran Mübariz Qurbanlı qeyd edib ki, son illərdə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlət başçımız müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.
Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində görülən işlərə toxunaraq, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsinin bu problemlə mübarizədə geniş imkanlar yaratdığını qeyd edib. Həmçinin Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitunun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm addım kimi dəyərləndirib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniyanı, həmrəyliyi yüksək qiymətləndirən QXA sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayev də ölkəsindəki dini durum barədə məlumat verib. C.Tuymebayev Qazaxıstanda müxtəlif mədəniyyət və konfessiyaların inkişafı üçün bütün hüquqi və sosial bazanın yaradıldığını, milli və dini zəmində heç bir qarşıdurma halının baş vermədiyini diqqətə çatdırıb.
Görüşdə din sahəsində dövlət siyasətinin aparılması, eləcə də dini radikalizmə qarşı mübarizədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovun da iştirak etdiyi görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

