Keçilən və keçilməyən dərs
20.01.2010 [03:17]
Bu gün yenə göy üzünü qara buludlar alacaq yəqin. Düz, 20 il əvvəl olduğu kimi, bu gün yenə havadan qəm qoxusu gələcək, insanlarımızın tökdükləri göz yaşları buxar olub xırda yağış damcıları şəklində səpələnəcək bütün Azərbaycanın üzərinə. Düzü, 1990-cı ildən əvvəlki yanvarların soyuq keçdiyini xatırlasam da, havanın məhz bu cür göz yaşı tökdüyü ağlıma gəlmir. Amma həmin tarixdən, 1990-cı ilin məlum dəhşətli gecəsindən sonra hər il yanvarın 20-də göylər də şəhidlərimizə yas tutur...
Düz 20 il əvvəl orta məktəbin 10-cu sinfində oxuyurdum. ölkədə cərəyan edən proseslər, həmçinin, 1988-ci ildə ermənilərin xalqımıza qarşı başlatdıqları növbəti soyqırımı siyasəti bizim də şən, qıvraq şagird həyatımızı alt-üst etmişdi. Xalqımızın başına gətirilən müsibətlər bizi daha tez böyüməyə vadar etmişdi. Yaşımızdan qat-qat böyük görünür, böyüklərlə birgə Azərbaycanın taleyinin necə olacağına dair diskussiyalara qatılmağa həvəs göstərirdik. Yalnız sonralar dərk edəcəkdik ki, bu, özündən böyük görünmə istəyi bizlərə olduqca baha başa gəlib. Şagird sevincini, gənclik duyğularını yaşamaqdan məhrum edib bizləri bu istək. özümüz də istəmədən girovuna çevrildiyimiz bu istəyin nəticəsidir ki, həmin dövrün 10-cuları gəncliyini hiss etmədən qocalıqla uğraşmağa başlayıb...
Bu qocalaşmanın əsası isə məhz həmin müdhiş tarixdə, 1990-cı ilin 20 Yanvarında qoyulub, desək, daha düzgün olar. Daha doğrusu, 1988-ci ildən başlanan olaylar Qarabağ və Azadlıq istəyi ilə ayağa qalxan xalqımızı küçə-meydanlara tökmüşdü. Azərbaycan, ümumilikdə, etiraz məkanını xatırladırdı. ötən hər gün ərzində gərginlik çəkisi artan proseslər isə xalqın səbr kasasını daşdırırdı. Artıq soyuq yanvar günləri, daha doğrusu, yanvarın 19-u axşam idi. Yuxarıda da qeyd etdiyim kimi, böyüklərlə respublikanın taleyini müzakirə etmək həvəsi bizi kiçik siyasətçilərə çevirmişdi və həmin axşam mən də televiziyanın qarşısında oturub, həvəslə növbəti “Günün ekranı”nı gözləyirdim.
Əslində, “Günün ekranı”nda elə də qeyri-adi bir şeyin deyiləcəyi gözlənilmirdi. çünki Əbdürrəhman Vəzirovun və onun müti komandasının istəyindən kənar bir şeyin deyiləcəyini gözləməyin özü sadəlövhlük idi. Lakin suda boğulanın saman çöpündən yapışdığı kimi, bizim də baxacağımız digər televiziya kanalı olmadığı üçün (həmin dövrün mərkəzi televiziyası erməni təbliğatına xidmət etdiyi üçün ondan söhbət açmağa belə dəyməzdi-N.A) bütün nəzərlərimiz AzTV-yə istiqamətlənmişdi. Lakin sözügedən tarixdə “Günün ekranı” efirə getmədi. Daha doğrusu, televiziyanın ekranındakı görüntülər qəfildən itdi. Bizimkilər günahı antenada görsələr də, ürəyimə nəsə damıbmış kimi dərhal radionu açdım. Amma burada da təkcə “qəzəblənmiş xalq kütləsi meydanlara toplaşıb...” sözlərini eşidə bildim. Və radionun da səsi batdı. Yalnız sonralar biləcəkdik ki, əslində, buna səbəb sovet əsgərlərinin əməlləri olub...
Beləliklə, nigarançılıqla yatmağa çalışdıq. çünki bu aralarda hər kəs sanki hansısa xoşagəlməz hadisənin olacağı xofu ilə yaşayırdı. Televiziya və radionun səsinin qəfil “batması” isə bizim də həmin xofun ağuşuna düşməyimizə səbəb oldu. Və gecə saat 4-də maşın siqnalları və qonşuların səs-küyü narahatlığımızın əsassız olmadığını təsdiqlədi. Atam həyət qapısını açanda qonşumuz Həsən dayı ağlaya-ağlaya “ay Nəbi deyirlər Bakıda hamını qırıblar, indi də bura gəlirlər, bəlkə uşaqları kəndə göndərək, gizlənsinlər” dedi. Lakin həmin gecə Bakıda qırğın törədənlər, yəni, sovet əsgərləri Yevlaxa gəlmədilər. Heç sabah da gəlmədilər. Bununla belə, biz bir neçə gün gecələr “birdən bu gün gəlib bizi qırarlar ey” qorxusu ilə yaşadıq...
Yanvarın 20-i səhər məktəbə getdik və bizi direktorumuz Raquf müəllim qarşıladı. Direktorumuz hüznlü halda “Uşaqlar bu gün dərs olmayacaq. Gedin evlərinizə, xalqımızın başına dəhşətli faciə gəlib” dedi. Biz geri dönmək istəyərkən bir nəfərin “çox müstəqillik, azadlıq deyirdilər. Artıq onların sonu çatdı” sözlərindən diksindik. Hər kəs qeyri-ixtiyari nəzərlərini direktora zillədi. Raquf müəllim isə qəzəbli bir tonda əlini Mixail Qorbaçovun məktəbin foyesindəki şəklinə tuşlayıb “azadlıq istəyənlərin deyil, bunların sonu çatdı” dedi. Sonra isə köməkçilərindən birinə “bu şəkli çıxarın atın” göstərişini verdi...
Bəli, düz 20 il əvvəl yanvarın 20-də məlum faciə ilə əlaqədar bizim məktəbdəki dərslərimiz keçilmədi. Lakin məhz həmin tarixdə biz başqa bir dərs keçdik-qorxmazlıq, düşmən qarşısında əyilməmək, sınmamaq, bütün olanlara baxmayaraq, öz azadlıq, müstəqillik istəyindən əl çəkməmək dərsi...
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

