Kənd təsərrüfatının inkişafı kompleks tədbirlər nəticəsində təmin edilir
14.01.2010 [16:21]
Bu gün Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişafda həyata keçirilən uğurlu neft strategiyasının payı danılmazdır. Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə reallaşan neft layihələrindən əldə olunan yüksək gəlirlər digər sahələrin də inkişafı üçün əlverişli zəmin yaradıb. Təbii ki, burada həyata keçirilən siyasi-iqtisadi kursun da əhəmiyyəti xüsusi vurğulanmalıdır. Nəzərə almaq lazımdır ki, neft heç də hər zaman xoşbəxtlik bəxş etmir. Əksinə, inkişaf etmiş ölkələrin bəzilərinin də təcrübəsindən aydın görünür ki, strategiyanın düzgün müəyyənləşdirilməməsi bir sıra hallarda dövləti qarşısıalınmaz fəsadlarla üz-üzə qoyur. Buna isə beynəlxalq terminologiyada “neft sindromu” deyirlər. Bu sindromdan sığortalanmağın yeganə yolu neftdən əldə olunan gəlirlərin ədalətli bölünməsi, vəsaitlərin digər sahələrin inkişafına yönəldilməsidir ki, Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlərin nəticələri göz qabağındadır.
Daha doğrusu, dünya dövlətlərinin iqtisadiyyatına ağır zərbələr vuran, 2009-cu ildə isə özünün pik həddinə çatan qlobal maliyyə böhranını Azərbaycan çox az itkilərlə dəf edə bildi. Elə 2009-cu ilin iqtisadi göstəriciləri də bu faktı söyləmyə əsas verir. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf qeydə alınıb. Belə ki, hesabat dövründə iqtisadi artım 9 faizdən çox olub, sənaye istehsalı təxminən 9 faiz artıb. ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Bu isə onu deməyə əsas verir ki, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədə olub. Təbii ki, bu nailiyyətlər digər vacib sahələrin də inkişafı üçün geniş imkanlar yaradıb. O cümlədən, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı baxımından 2009-cu il mühüm uğurlarla yadda qaldı.
Bildiyimiz kimi, kənd təsərrüfatı qeyri-neft sektorunda əsas sahələrdən birini təşkil edir. Təsadüfi deyil ki, ölkəmizdə məhz bu istiqamətdə sürətli artımın təmin olunması üçün hökumət çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul edib, proqramların icrasına başlanılıb. Məhz bunun nəticəsdir ki, son illər kənd təsərrüfatı sahəsində rekord göstəricilər əldə olunub. O cümlədən, kənd təsərrüfatında strateji məhsul hesab olunan taxıl istehsalında rekord göstərici əldə edilib. Daha konkret desək, 2009-cu ildə kənd təsərrüfatında 3 milyon ton taxıl yığılıb ki, bu, rekord göstəricidir. Azərbaycan tarixində bu günə qədər heç vaxt bu qədər taxıl istehsal olunmurdu. Təbii ki, bütün bunlar hökumətin gördüyü tədbirlərin məntiqi nəticəsidir. Məhz Azərbaycan dövlətinin mütəmadi qaydada gördüyü işlərin, regional inkişaf proqramlarının, infrastruktur layihələrinin icrası, “Aqrolizinq”in yaradılması hesabına bu gün bu inkişaf tendensiyası müşahidə edilməkdədir. Həmçinin, əhalinin becərdiyi və bazara çıxardığı məhsulların satışından daha yüksək qazanc əldə etməsi üçün də mühüm addımlar atılıb. Bu mənada ölkədə istehsal olunan buğdanın yüksək bazar qiymətləri ilə vətəndaşlardan satın alınması böyük əhəmiyyət kəsb edən qərarlardandır ki, bu qərar da məhz 2009-cu ildə qəbul olunub.
Sirr deyil ki, bir sıra hallarda, bazarda mövcud olan müəyyən monopolist qruplar özlərinin təyin etdikləri qiymətlərlə vətəndaşlarıdan bazara çıxardıqları məhsulu dəyər-dəyməzinə almağa çalışırdı. Hökumətin bu addımı isə həm də bazarda monopoliya yaratmaq istəyən qüvvələrə tutarlı zərbə oldu və monopoliya cəhdlərinin qarşısını böyük ölçüdə aldı. Digər tərəfdən, bu qərar eyni zamanda Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də bir başa vətəndaşlarının, xüsusilə, regionlarda yaşayan insanların sosial həyatının yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev də əldə olunan uğurları atılmış praktik addımların nəticəsi kimi qiymətləndirirək deyib ki, kənd təsərrüfatının inkişaının intensivləşdirilməsi istiqamətində tədbirlər davam edəcək: “Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir. Ancaq çalışmalıyıq ki, kənd təsərrüfatımızın intensiv xarakter alan inkişafı bundan sonra da uğurla getsin. Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Buna çatmaq üçün artıq az vaxt qalıb və öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır”.
Dövlət başçısının da qeyd etdiyi kimi, hökumət ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görür. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün praktiki işlər görülür, subsidiyalar, kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri həyata keçirilir: “Yəni, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün bizim düşünülmüş proqramımız vardır və bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları artır. Biz bu gün özümüzü demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə təmin edirik. Gələcəkdə bu, daha da böyük həcmlə təşkil ediləcəkdir. Həm öz daxili tələbatımızı ödəmək üçün, həm də ixrac potensialımızı artırmaq üçün gələcəkdə əlavə imkanlar yaradılacaqdır. ölkəmiz üçün həm iqtisadi, həm sosial baxımdan çox vacib olan bu sahənin inkişafı kompleks tədbirlər nəticəsində təmin edilir”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

