2019-cu ildə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edib
28.12.2019 [10:16]
İl ərzində bir neçə önəmli tədbirin keçirilməsi, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri tərəflər arasında əlaqələrin müsbət dinamikaya malik olduğunu göstərir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli xarici siyasət kursu nəticəsində ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir.
O da qeyd edilməlidir ki, həyata keçirilən strateji kursun nəticəsi kimi, yola salmağa hazırlaşdığımız 2019-cu il də ölkəmiz üçün xarici siyasət sahəsində uğurlu olub. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edib, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənib, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.
Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır
Ümumiyyətlə, Azərbaycan ikitərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, regional və beynəlxalq təşkilatlarda öz milli maraqlarına uyğun olaraq müvəffəqiyyətlə təmsil olunur. Bu kontekstdə ölkəmiz ilə Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu xüsusi vurğulamaq gərəkdir. Azərbaycanın bir çox Aİ ölkəsi ilə tərəfdaşlıq əlaqələri mövcuddur, ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır.
Ümumiyyətlə, Avropa İttifaqı ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasını da bu kontekstdə ayrıca qeyd etmək gərəkdir. Bəllidir ki, regional güc mərkəzi olan ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələr regional, beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə fundamental töhfələr verir. Ümumiyyətlə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Bütövlükdə, ekspertlərin qənaəti bundan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var. Bu baxımdan, tərəflər arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı diqqətə çatdırılır. Eyni zamanda, sənəddə Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunması mühüm əhəmiyyətə malikdir.
2019-cu ildə də Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edib. Yeri gəlmişkən, dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Bu il Avropa İttifaqı ilə bizim əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir”, - deyə bildirib.
Yeni saziş hər iki tərəfin maraqlarına uyğun olmalı, bərabərhüquqlu əməkdaşlığa əsaslanmalıdır
Bu kontekstdə müzakirə predmetinə çevrilmiş mühüm məsələlərdən biri Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanması məsələsidir. Məlum olduğu kimi, bir neçə ildir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, bu saziş hər iki tərəfin maraqlarına uyğun olmalı, bərabərhüquqlu əməkdaşlığa əsaslanmalıdır. Qeyd etdiyimiz kimi, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurlu əməkdaşlıq münasibətlərinə malikdir, ölkəmiz ilə quruma üzv 28 ölkədən 9-u arasında strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıb, ya da qəbul edilib. Beləliklə, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bu 9 sənəddə təsbit edilib.
Azərbaycan Prezidenti bəhs olunan müsahibəsində yeni sazişlə əlaqədar ölkəmizi qane etməyən məsələlər barəsində də danışıb. Məlum olub ki, imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər Azərbaycanı qane etmir və ölkəmizin bu barədə konkret mövqeyi bildirilib. İkinci səbəb enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Amma Azərbaycan öz təbii qazını daxili qiymətlərlə satsa, ölkə iqtisadiyyatına çox böyük ziyan dəyər. Bu hal ölkəmizin maraqlarına uyğun deyil.
Bütövlükdə, Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin milli maraqlar, beynəlxalq hüquq normaları, həmçinin bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46

