Duzdağda yeni şaxta istifadəyə veriləcək
20.12.2019 [09:42]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib ki, ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilib, laboratoriya analizləri aparılıb və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı vardır. Yeni açılan şaxtada texnoloji rejimə nəzarət ediləcək, havalandırma sistemi qurulacaq, müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkiləcəkdir.
Naxçıvan duzunun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulacaqdır. Müasir avadanlıqlarla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Yeni duz şaxtasının açılması muxtar respublikanın həyatında əlamətdar hadisədir. Çünki tarixən Naxçıvan duzuna böyük tələbat olmuş, dünyanın müxtəlif ölkələrinə göndərilmiş, tədavül vasitəsi kimi istifadə edilmişdir. Naxçıvan Xanlığı dövründə Duzdağda açıq üsulla duz çıxarılmışdır. Sənaye üsulu ilə duzun istehsalına XX əsrin əvvəllərində başlanılmışdır. Sovetlər Birliyi dövründə Duzdağda açılmış şaxtaların birinin istismar müddəti başa çatmış, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılmışdır. Tələbatın artması yeni duz şaxtasının açılmasını zərurətə çevirmişdir.
Ali Məclisin Sədri deyib: Duz Naxçıvanın brendidir. Yeni şaxtanın açılması bu baxımdan çox əhəmiyyətlidir. Şaxta ilə yanaşı, ərazidə yeni duz istehsalı müəssisəsi də qurulacaq, Naxçıvan duzu daha keyfiyyətli formada istehsal ediləcəkdir. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri çoxdur. Bu gün qarşıda duran əsas vəzifə bu sərvətlərdən səmərəli istifadə etməkdir. Hazırda Darıdağ arsenli su müalicə mərkəzi və yeni Badamlı Mineral Sular Zavodu tikilir. Bu gün isə duz şaxtasının təməli qoyulur. Bütün bunlar muxtar respublikanın inkişafına xidmət edir. Yeni şaxtada işlər yerli şirkət tərəfindən həyata keçiriləcək, yüzlərlə iş yeri açılacaq, süfrələrimizin bəzəyi olan Naxçıvan duzunun şöhrəti qorunub saxlanılacaqdır.
Ali Məclisin Sədri əlamətdar hadisə münasibətilə muxtar respublika əhalisini təbrik edib.
İqtisadiyyat naziri Tapdıq Əliyev yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri Duzdağ ərazisinin xəritələşdirilməsi, istismar olunmayan şaxtaların Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi, təhlükəsizlik tədbirlərinə diqqət yetirilməsi, yeni şaxtada aşkar olunacaq elmi və mədəni əhəmiyyətə malik süxurların Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə təqdim olunması, eləcə də ərazidə gil istehsalı müəssisəsinin də yaradılması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

