Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
13.12.2019 [10:03]
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad ediblər.
Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dahi rəhbərin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Ulu Öndərin “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, - fikirləri Onun bütün həyat amalının ifadəsidir.
Ümummilli Lider elə bir fenomen şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə, Onun böyüklüyünü daha dərindən dərk edirik. Xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlayıb və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr edib. O, hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, onu zamanın ağır sınaqlarında məharətlə çıxarıb.
Dahi liderin ölkəmizə rəhbərliyinin 1969-1982-ci illəri Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olub. Həmin dövrdə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilib, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlib, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılıb. Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub.
Heydər Əliyev şəxsiyyəti və dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Ümummilli Liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və fəaliyyət göstərən Ulu Öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul edib, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görüb. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.
1993-cü ildə xalqımız Ümummilli Liderinə yenidən üz tutdu, nicatını Onun hakimiyyətə qayıdışında gördü. Görkəmli dövlət xadimi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitlik və hərtərəfli inkişaf yoluna çıxardı. 1993-2003-cü illərdə Vətənə və xalqına xidmət nümunəsi göstərən Ümummilli Liderimiz doğma Azərbaycanın davamlı inkişafını təmin etdi, onu tərəqqiyə qovuşduraraq bütün dünyada tanıtdı.
Bu gün Ulu Öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan öz tarixinin yeni, şanlı səhifələrini yazır. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur. Xalqımız Ümummilli Liderin şah əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu Öndərə dərin məhəbbətlərini onun ideyaları ətrafında sıx birləşməklə nümayiş etdirir.
Bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə qovuşdurub. Muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, iqtisadiyyatın dinamik inkişafı, sosial proqramların icrası, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin edilib. Qazanılan bütün bu uğurlar dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan cəmiyyətində inkişafın bir hərəkətverici qüvvəsi var: bu - Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ideyalarını yaşatdıqca, Onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irəliyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır”.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

