/ / Respublikamızda həyata keçirilən antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan verib
Respublikamızda həyata keçirilən antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan verib
07.01.2010 [01:28]
Respublikamızda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2009-cu ili bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. ötən il əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafını təmin edir. ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş bütün dövlətlər üçün maliyyə və iqtisadi böhran ili kimi xarakterizə olunsa da, 2009-cu il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial tarixi dövr kimi yadda qalıb. ölkəmiz 2003-cü ildən etibarən keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyan iqtisadi islahatları ən dinamik templə yerinə yetirməyə nail olub, hətta proqnozlaşdırılan göstəricilərdən də yüksək makroiqtisadi nəticələr əldə edib.
Prezident İlham Əliyev 2009-cu ildə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm nəticələr verdiyini, həmçinin, ötən ilin bütün ölkələr üçün sınaq ili olmasına və dünyanı bürümüş maliyyə və iqtisadi böhranın əksər dövlətlərə öz mənfi təsirini göstərməsinə baxmayaraq, ölkəmizdə davamlı inkişafın müşahidə edildiyini bəyan edib. “Azərbaycan 2009-cu ildə bütün çətinliklərə baxmayaraq, uğurlu inkişafı davam etdirmişdir. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu, böhranlı ildə çox böyük göstəricidir. Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır. Biz xalqımızın istedadına arxalanırıq, aparılan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq”.
Qeyri-neft sektorunda çoxşaxəli inkişaf tempi...
Makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Azərbaycan hökuməti bütün bölmələrdə iqtisadi fəallığı artırmağa nail olub, sosial layihələri, investisiya və infrastruktur proqramlarını uğurla başa çatdırıb. 2009-ci ildə iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrin əvvəlki illərlə nisbətdə daha yüksək faizlə inkişafının müşahidə edilməsi ilə xarakterizə oluna bilər. ötən il sənaye və kənd təsərrüfatının strukturunda ciddi dəyişikliklər baş verib və həmin bölmələrin dirçəlməsi ümumi iqtisadi mənzərənin dəyişməsinə təkan verib. Sənaye istehsalının artım dinamikası demək olar ki, üDM-in artımına bərabər olub və 10 faizə yaxınlaşıb. Qeyri-neft sektorunun dinamik və çoxşaxəli inkişafına impuls verən aparıcı bölmələrdən biri olan kənd təsərrüfatında baş verən müsbət dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir. ötən il aqrar sahədə təxminən 7 faiz artım müşahidə olunub ki, bu da çox yüksək rəqəm kimi səciyyələndirilə bilər. Ən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, böhran dövründə kənd təsərrüfatının 2-3 faizlik illik artımı ümumi iqtisadiyyatda ən yüksək makroiqtisadi nəticələrin əldə edilməsinə səbəb olur. Digər tərəfdən, aqrar sahə iqtisadiyyatın inkişafını təmin etməklə bərabər, siyasi-iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilmiş olur. ötən ilin böhran tendensiyası və bir çox dövlətlərin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi kənd təsərrüfatının sabit və dayanıqlı iqtisadiyyat üçün hansı əhəmiyyət daşıdığını ortaya qoydu. Beynəlxalq təcrübədən də təsdiq olunub ki, hansısa ölkənin sabit və təhlükəsiz inkişafı birbaşa kənd təsərrüfatı ilə bağlıdır.
Onu da qeyd edək ki, respublikamız ötən il nəzərdə tutduğu bütün sosial layihələri də uğurla icra etməyə müvəffəq olub. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə bütün sosial proqramlar icra edilir: “Sirr deyil ki, iqtisadiyyatımızın müəyyən hissəsi neftdən əldə olunan gəlirlər hesabına formalaşır və 2009-cu ildə neftin qiyməti dünyada kəskin şəkildə aşağı düşmüşdür. Buna baxmayaraq, bütün sosial proqramlar vaxtında icra edilir. ünvanlı sosial yardım proqramı aparılır və bu proqram gələcəkdə də davam etdiriləcəkdir. Hər yerdə yeni məktəblər, tibbi mərkəzlər, idman kompleksləri, mədəniyyət ocaqları yaradılıb”.
Respublikamız güclü sabitlik potensialına malikdir...
Mərkəzi Bankın bəyanatında qeyd olunur ki, 2009-cu il dünya iqtisadiyyatı üçün dərin maliyyə böhranı, maliyyə sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və işsizliyin artması ilə səciyyəvi olub. Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün müəyyən risklər yaradıb. Lakin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək öz müvazinətini itirməyib, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilib. Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan verib. ölkəmizdə həyata keçirilən pul-maliyyə siyasəti antiböhran xarakter daşıyaraq makroiqtisadi sabitliyin qorunmasına, maliyyə sabitliyinin gücləndirilməsinə, iqtisadiyyatda likvidliyin təmin edilməsinə, bankların və müəssisələrin fəaliyyətinin stabilləşdirilməsinə yönəldilib.
Qonşu dövlətlərdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunub. Milli valyutanın məzənnəsinin sabit qalması, eyni zamanda, idxalın və daxili istehsalda istifadə olunan xarici malların bahalaşmasının qarşısını alıb. Nəticədə respublikamızda orta illik inflyasiya 1,5-2 faiz səviyyəsində qeydə alınıb. İnflyasiyanın aşağı səviyyədə saxlanılması isə ölkəmizin rəqabət qabiliyyətliyinin artmasına imkan verib.
2009-cu ildə maliyyə və pul bazarı üçün ən mühüm hadisələrdən biri Mərkəzi Bank tərəfindən faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Azərbaycan ötən il dünya maliyyə-bank sistemində ən çevik və pozitiv nəticələrə səbəb olan islahatlar həyata keçirib və kredit dərəcələrinin səviyyəsi 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarının səviyyəsi isə 12 faizdən 0,5 faizə endirilib. Bütün bu monetal amillər kommersiya banklarının fəallığına stimul verib və 2009-cu ildə də bank sektorunun inkişafı davam edib, bankların aktivləri 9 faizə yaxın, bankların kredit qoyuluşları 12 faizdən çox artıb. Əhalinin bankdakı əmanətlərinin məbləği isə təxminən 19 faiz yüksəlib.
2009-cu ilin iqtisadi uğurları 2010-cu ildə davamlı inkişafa zəmin yaradır...
ötən ilin makroiqtisadi göstəriciləri respublikamızın düşünülmüş iqtisadi strategiyasının davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və bir daha hökumətin iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətini təsdiqləyir. Bu siyasət, eyni zamanda, 2010-cu ildə davamlı inkişaf üçün əlverişli zəmin yaradıb. Azərbaycan hökumətinin 2010-cu ildə həyata keçirəcəyi makroiqtisadi siyasətin başlıca hədəfləri respublikamızın inkişaf strategiyasının davamlılığını təmin etməkdən, makroiqtisadi tarazlığı, yüksək inkişaf dinamikasını və maliyyə sabitliyini qoruyub saxlamaqdan ibarət olacaq. 2008-ci ildən başlayaraq dünya dövlətlərinin iqtisadiyyatına sarsıdıcı zərbələr vuran qlobal iqtisadi böhranın 2010-cu ildə də davam etməsi hökuməti ötən illərdə olduğu kimi, yenə təxirəsalınmaz tədbirlər görməyə vadar edir. Bu məqsədlə böhranın təsirlərindən sığortalanmaq üçün makroiqtisadi siyasətin bütün istiqamətləri daha güclü konsolidasiya və koordinasiya olunacaq. Hökumət qlobal risklərin iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir səviyyəsinə mənfi təsirlərini qabaqlayıcı rejimdə məhdudlaşdıran çevik makroiqtisadi tənzimləmənin həyata keçirilməsini əsas hədəf seçib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

