/ / Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biri də kənd təsərrüfatı və aqrar sənayenin inkişafıdır
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biri də kənd təsərrüfatı və aqrar sənayenin inkişafıdır
30.11.2019 [10:18]
“Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biri kənd təsərrüfatı və aqrar sənayenin inkişafı ilə bağlıdır. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda mühüm rol oynayır. Son illərdə dövlətimizin başçısı İlham Əliyevin aqrar sahəyə diqqət və qayğısı kənd təsərrüfatı ilə məşğul olan əhali tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanır”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
C.Paşazadə bildirib ki, ölkə Prezidentinin Lənkəran şəhəri və Masallı rayonuna səfərləri, çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına aid verdiyi tövsiyələri fermerlərin işini xeyli asanlaşdırdı, eləcə də dövlət başçısının Lənkəranda Çəltik zavodunun, Masallıda yeni Sənaye Məhəlləsinin açılışında iştirakı insanlarda böyük ruh yüksəkliyi yaradıb. “Cənab Prezidentin Fərmanına uyğun olaraq həm Lənkəranda, həm də Masallıda kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb. Bu mərkəzlərin əsas işi aqrar sahədə “vahid pəncərə” prinsipinin tətbiqi, şəffaflığın artırılması, fermerlərlə əlaqələrin qurulmasıdır. Çox təqdirəlayiq haldır ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən, növbəti ilin icmal büdcəsinin xərcləri müəyyən edilərkən inflyasiya səviyyəsinin nəzərə alınması da müsbət haldır. Və güman edirəm ki, qanundakı bu dəyişiklik kənd təsərrüfatına da şamil olunacaq”, - deyə millət vəkili qeyd edib.
“Onu da deyim ki, Lənkəranda və Qızılağacda balıqçılıq təsərrüfatları yaradıb onları inkişaf etdirmək üçün böyük imkanlar var. Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir. Dədə-babadan Masallının dənizkənarı kəndlərinin - Qızılağac, Təzəkənd, Xıdmanlı, eləcə də Lənkəran dənizətrafında yaşayan camaatının çörəyi balıqçılıqdan - ovçuluqdan çıxıb. Sovet dövründə Nərimanabad qəsəbəsinin bir məhəlləsində balıq kombinatının işçiləri üçün yaşayış evləri tikildiyindən qəsəbə Balıqçılar adlandırılıb. Dediyim kimi, burada Balıq kombinatı, Lənkəranda isə balıq konserv zavodu vardı. Dənizə yaxın bu yerin ərazisi və köhnə müəssisənin binaları indi də qalmaqdadır. Orada minlərlə iş yeri var idi. Bu gün nəzərə alsaq ki, adi balıq növlərinin qiyməti bazarda satılan ətdən xeyli ucuzdur, onda bu sahəyə diqqət artırmaq lazımdır. Ona görə də Masallıda və Lənkəranda balıqçılıq təsərrüfatlarının yaradılması çox yaxşı olardı. Bu həm də regionda yüzlərlə yeni iş yerinin açılması deməkdir”, - deyə C.Paşazadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

