Prezident əhalinin qaza olan borcunu sildi...
07.01.2010 [01:13]
Yeni ilə iki gün qalmış Prezident İlham Əliyevin “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” imzaladığı Fərman qaza görə borcu olan hər bir ailəyə sevinc gətirdi. Yeni ilin ilk günlərində isə dövlət başçısının bu Fərmanı ilə bağlı insanların əhval-ruhiyyəsində yaranmış dəyişikliyi duymamaq mümkün deyil. çünki sözügedən Fərmanın imzalanmasına qədər qaz istismarı idarələrinin əməkdaşlarının əhalidən bir neçə il əvvəl istifadə edilmiş təbii qazın pulunun yığılması istiqamətində həyata keçirdikləri tədbirlər zamanı ortaya çıxan anlaşılmazlıqlar hər iki tərəfin rahatlığını pozur, əhalinin enerji sərfiyyatında problemlər yaradırdı. “Azəriqaz” Səhmdar Cəmiyyətində (Hazırkı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi-red) isə əvvəlki illərin borcunun tələb edilməsini təbii hesab edirdilər. Bu qurumun mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı “ilindən asılı olmayaraq istifadə olunan bütün təbii qazın dəyəri birmənalı olaraq ödənilməlidir” deyə açıqlama da vermişdi.
Təbii ki, dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə imzaladığı Fərman bu anlaşılmazlıqlara son qoydu. Prezident İlham Əliyevin Fərmanına əsasən, əhalinin 1 oktyabr 2009-cu il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinəcək. Beləliklə, əhali üçün mühüm əhəmiyyət kəsb edən təbii qazdan istifadəyə dair yaranmış borcların silinməsi istiqamətində dövlət başçısının atdığı humanist addım vətəndaşlar tərəfindən haqlı olaraq bayram hədiyyəsi kimi qəbul edilib.
Bununla belə, hələ də əhali ilə qaz istismar idarələri arasında bəzi problemlər yaşanmaqdadır. Daha doğrusu, redaksiyamıza müraciət edən oxucularımızın əksəriyyəti borcların silinməsinin hansı şəkildə aparılacağı ilə maraqlanırlar. çünki qaz istismarı idarələrinin əməkdaşları əhali ilə söhbətlərində sayğaclardakı borcların silinəcək borclara aidiyyatı olmadığını bildiriblər. Göstərilən məsələ ilə bağlı redaksiyamıza edilən çoxsaylı oxucu müraciətlərinin, əsasən, Sabunçu ərazisindən olduğunu nəzərə alaraq Sabunçu rayon Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramovla əlaqə saxladıq. S.Bayramov ölkə başçısının məlum Fərmanından dərhal sonra bayram tətilinə çıxdıqlarını və Fərmanın icra mexanizmi barədə hələlik heç bir göstəriş almadıqlarını söylədi: “Biz rəhbərlikdən bu haqda, yəni, Prezident İlham Əliyevin imzaladığı məlum Fərmanın icra mexanizmi barədə tövsiyə və göstərişləri gözləyirik. O ki, qaldı əhalidən qaz pullarının yığılmasına, işimizi əvvəlki qaydada davam etdiririk. Oktyabr, noyabr və dekabr aylarının bildirişlərini abonentlərimizə paylayırıq, qaz xətlərinə baxış keçiririk. üstəlik qış fəsli olduğundan əhalinin qazla təhlükəsiz davranışlarının sayı artdığından ərazilərdə müxtəlif reydlər keçiririk”.
Məsələ ilə əlaqədar qəzetimizə açıqlama verən Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Qaz sərfi avadanlıqlarının və ölçü cihazlarının istismarı şöbəsinin rəisi Elçin Qocayev isə S.Bayramovun dediklərini təkzib edib. O, bildirib ki, hazırda Prezidentin müvafiq Fərmanından irəli gələn tələblərin icrasına başlanıb. Bununla əlaqədar qurumda göstəricilərin çıxarılması aparılır. Hesablamalar dəqiqləşdiriləndən sonra yerlərə bildirişlər veriləcək və əhalinin borcu həmin rəqəmlərə əsasən hesablanacaq: “Yerlərdə düzgün deyiblər. Hələlik proses başa çatmadığından abonentlərin oktyabrın 1-nə olan borcunun məbləği dəqiqləşdirilməyib”.
Borcların silinmə mexanizminə gəlincə, E.Qocayev “Sayğacda olan rəqəm ödənilməlidir” şəklində hər hansı tələbin doğru olmadığını da qeyd edib: “Fərmanda 2009-cu il oktyabrın 1-i tarixinə olan bütün borclar silinib. Bu borcun sayğacın göstəricisində olmasına, yoxsa sayğaca qədərki tarixə aid olmasına fərq qoyulmayıb. Yerlərdə mütəmadi olaraq hər bir abonentin qaz sərfi müəyyənləşdirilir, bu barədə onlara bildiriş edilir, borcun məbləği və hansı tarixə aid olmasına dair qəbz təqdim olunur. Həmin qəbzlər üzrə abonentlər hansı ayda nə qədər qaz sərfi etdiyini və buna görə aparmalı olduğu ödənişin məbləğini bilir. Odur ki, əhali ondan tələb edilən borcun oktyabra qədər, yoxsa oktyabrdan sonrakı aylara aid olmasını asanlıqla müəyyənləşdirə bilər. Bu günlərdə yerlərdə əhalidən tələb edilən məbləğ oktyabr, noyabr və dekabr aylarında edilən qaz sərfi ilə bağlıdır. Əhali bundan sonra istifadə etdiyi qazın pulunu vaxtında ödəməlidir”.
KƏBUTƏR,
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

