Azərbaycan nümayəndə heyəti Nalçikdə keçirilən beynəlxalq konfransda iştirak edib
27.11.2019 [09:24]
Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə “Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfrans Rusiya Federasiyası Prezidenti Administrasiyasının və İslam elm, mədəniyyət və təhsilinə dəstək Fondu tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokova Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını çatdırıb.
Şeyxülislam Rusiya dövləti tərəfindən ənənəvi İslama göstərilən dəstəyi, Rusiya vətəndaşlarının, o cümlədən müsəlmanların ənənəvi dayaqlarının və mənəviyyatının qorunub saxlanılmasına daim diqqət və qayğı ilə yanaşılmasını məmnunluq hissi ilə vurğulayıb. “Təqdirəlayiq haldır ki, İslam təhsil sisteminin təkmilləşdirilməsi, habelə İslam hüquq mədəniyyətinin öyrənilməsi dövlət tərəfindən dəstəklənir. Bu da təqdirəlayiqdir ki, məhz Rusiyada beynəlxalq forumların keçirilməsi təşəbbüsləri dövlət səviyyəsində dəstəklənir”, - deyən A.Paşazadə bildirib ki, belə forumlarda insanlara sülh, tərəqqi və firavanlıq gətirən həqiqi İslamın mahiyyəti açılır. Bu, öz vətəndaşlarının etiqadına dövlətin yüksək ehtiramının əlamətidir. Dünyəvi dövlətlər qurarkən mənəviyyatsızlığın və dinsizliyin yayılmasına yol verməmək üçün bu dəyərlərdən uzaqlaşmaq olmaz. Din və dövlət arasında qarşılıqlı əlaqələr ölkənin mövcud qanunları və beynəlxalq normalar əsasında qurulmalıdır. Dövlətin rolu təkcə milli-mənəvi dəyərləri qayğı ilə qoruyub saxlamaq deyil, həm də onları hər cür müdaxilədən qorumaqdır.
Şeyxülislam qeyd edib ki, müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında münaqişələrin aradan qaldırılmasında, etimadın bərpa edilməsində, dialoqun qurulmasında, əməkdaşlığın dərinləşməsində dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışmışıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin Sammitdə dəyərli nitqi onun müdrikliyini və vahid yaradanın böyük ideallarına dərin sədaqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunda dini liderlərin səylərinə yüksək qiymətin ifadə olunması bizi bu istiqamətdə yeni işlərə ruhlandırır.
Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəlilədilməsində mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoq işinə sanballı töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüskarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması xüsusilə diqqətəlayiqdir. Onun Sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlar və xalqlar arasında sülh və həmrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsini qəbul etdilər. Sammitin yekun sənədində terrorizmi, bəşəriyyət əleyhinə cinayətləri dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusi ağır cinayətlərin qarşısının alınmasına yönəldilmiş təsirli tədbirlərin görülməsi kimi mühüm məqamlar aydın göstərildi.
QMİ-nin sədri deyib: “Həqiqət isə budur ki, Qafqaz dindarlarının birliyi, bizim sıx əməkdaşlığımız və ümumqafqaz problemlərinin həllinə töhfəmiz xalqlarımız üçün böyük əhəmiyyət daşıyır. Biz 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin bayram edilməsi ərəfəsində bu tarixi reallıqları xüsusi qiymətləndiririk. Biz ortaq keçmişimizdə öz torpaqlarımızı birlikdə müdafiə etmişik, dinc gələcəyimizin də qayğısına birlikdə qalmalıyıq. Biz, Qafqazın dini liderləri, Tanrıya dualar oxuyuruq ki, Yer kürəsinin heç bir guşəsində heç vaxt müharibələr olmasın, bizim evimiz Qafqazda həmişə sülh, əmin-amanlıq bərqərar olsun, bunun naminə mümkün olan hər şeyi edirik. Məsələn, Qafqazda Qarabağ problemi özünün beynəlxalq hüquq əsasında, sülh yolu ilə ədalətli həllini gözləyir.
Biz, din xadimləri Tanrıya güclü inam hissi ilə səylərimizi birləşdirməklə, şəksiz ki, Tanrı və xalqlarımız qarşısında öz müqəddəs borcumuzu layiqincə yerinə yetirəcəyik. Bizə kənardan qəbul etdirilən moizə və fətvalar yolverilməzdir. Allaha şükürlər olsun ki, son illər Birlik ölkələrində ruhanilərin sıraları yüksək təhsilli din xadimləri ilə genişlənib. Onlar xalqlarımızın maraqlarını nəzərə alaraq, öz ölkələrində müsəlmanları narahat edən bu və ya digər məsələyə dair fətva verə bilərlər. Bu işdə cihad, təkfir və xilafət məsələləri üzrə Qroznı İlahiyyat Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bildirmək istəyirəm ki, həm din xadimlərinin, həm də müsəlmanların borcu ekstremistlərin təhrikçi çağırışlarına və hərəkətlərinə layiqli cavab vermək, onların dövlətçiliyi məhv etmək, cəmiyyətdə barışmaz ixtilaflar yaratmaq, ailələrə fəlakət gətirmək və əzab çəkdirmək cəhdlərinin qarşısını qətiyyətlə almaqdır. Bu, həm Qafqaz Müsəlmanları İdarəsinin, həm Qafqaz Xalqları Ali Dini Şurasının, həm Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin, həm də regional strukturların, o cümlədən müfti Hacı Həzrətəli Dzasejev başda olmaqla Kabardin-Balkar Respublikası Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin əsas istiqamətidir”.
Tədbirdə digər çıxış edənlər noyabrın 14-16-da Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətinə toxunublar. Bakı Sammitində iştirak edən ən böyük nümayəndə heyətinin Rusiya nümayəndə heyəti olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

