/ / Azərbaycanda seçkilərin təşkilində və keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə olunub
Azərbaycanda seçkilərin təşkilində və keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə olunub
25.12.2009 [10:06]
Dünən “Atropat” otelində dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin (AŞYRHK) müşahidə missiyası üzvlərinin mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən qurumun vitse-prezidenti Jan Klod Frecon (Fransa) müşahidə missiyasının tərkibinə daxil olan AŞYRHK-nın 11 üzvünün Azərbaycanda seçkiqabağı vəziyyətlə tanış olmaq məqsədilə hələ dekabrın 7-də ölkəmizə gəldiyini dedi.
ötən müddət ərzində missiya üzvlərinin bir sıra şəhər və rayonlarda olduqlarını deyən Jan Klod Frecon həmin səfərlərin təşkili üçün göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə öz minnətdarlığını bildirdi. Fransalı qonaq, həmçinin, Bakıda olduqları müddətdə onlara göstərilən diqqət və qayğıya görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvlərinə KİV vasitəsi ilə öz təşəkkürünü çatdırdı.
J.Frecon daha sonra, yerlərdə müşahidələrin ardınca missiya üzvlərinin Bakıda toplaşaraq müzakirələr apardıqlarını və bələdiyyə seçkilərinə hazırlıqla bağlı yekun rəyə gəldiklərini söylədi. Missiya üzvlərinin rəyinə görə, dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin təşkili yüksək səviyyədə olub. “Mən həm 1999-cu ildə, həm də ondan sonra Azərbaycanda keçirilən bir neçə seçkidə müşahidəçi kimi iştirak etmişəm. Eləcə də, missiya üzvlərindən bir neçəsi Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilik missiyasını həyata keçiriblər. Budəfəki bələdiyyə seçkiləri zamanı seçki məntəqələrinin təşkili, seçki qutularının və səsvermə kabinələrinin hazırlanması çox yaxşı təşkil olunmuşdu. Əgər əvvəlki seçkilərdə, latın əlifbasına keçidlə əlaqədar olaraq, bəzi vətəndaşlar yazıb-oxumaqda çətinlik çəkirdilərsə, kabinələrə öz yaxınları ilə daxil olurdularsa, budəfəki seçkilərdə belə neqativ hallara rast gəlinmədi. Əksinə, son seçkilər onu göstərdi ki, seçki məntəqələrinin sədrləri, eləcə də, komissiyaların üzvləri seçkiləri keçirməkdə daha da püxtələşiblər, öz işlərinin öhdəsindən lazımınca gəlirlər” - deyə AŞYRHK-nın vitse-prezidenti bildirdi.
Onun sözlərinə görə, müşahidə missiyasının Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı yekun rəyi konqresin Bürosunun yanvarın 15-də keçiriləcək iclasında müzakirə olunacaq: “Seçkilərin gedişi ilə bağlı hesabatı Büroya fransalı Frensis Lek təqdim edəcək. Hesabatın mətni yazılı şəkildə martda təqdim olunacaq”.
öz növbəsində, missiya üzvlərindən Amu Koopmanschap (Hollandiya), həmçinin, Konqresin kommunikasiya və seçkiləri müşahidə komissiyasının rəhbəri Renata Zikmund çıxış edərək seçki günü 100-dən artıq məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini dedilər. Onlar hansı məntəqədə səsverməni müşahidə edəcəklərini kiminsə sifarişi ilə deyil, öz istəkləri ilə seçdiklərini, bununla bağlı onlara hər hansı bir kənar təsirin olmadığını bildirdilər.
Son olaraq, Jan Klod Frecon, Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin əvvəlki illərdəkilərlə müqayisədə irəliyə doğru atılmış bir addım olduğunu vurğuladı.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

