/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Soçidəki bəyanatı işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Soçidəki bəyanatı işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı
05.10.2019 [09:54]
Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” Diskussiya Klubunda iştirakı və orada etdiyi çıxış olduqca maraqla qarşılandı və mühüm siyasi ismarıclarla yadda qaldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, “Valday” Diskussiya Klubu dünyanın aparıcı beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, budəfəki tədbirdə dünyanın 40-a yaxın ölkəsindən çoxsaylı dövlət xadimləri, nüfuzlu ictimai xadimlər və media nümayəndələri iştirak edirdilər. Belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi. Prezident İlham Əliyev, ilk növbədə, Ermənistanın baş naziri Nikol Paşinyana və onun sərsəm bəyanatlarına elə qətiyyətli və tutarlı cavab verdi ki, bu, işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiya Federasiyasından “Valday” Diskussiya Klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir ismarıcdır. Prezident İlham Əliyev “Dağlıq Qarabağ xalqı” kimi təxribatçı ifadələrə də cavab verərək bildirib ki, bu, kökündən yanlış ifadədədir, Dağlıq Qarabağın əhalisi var və bu, azərbaycanlı və erməni icmasından ibarətdir. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu qətiyyətli mövqe bir daha Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi. Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya-Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə Vladimir Putinlə keçirdiyi görüşdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirib ki, prezidentlər arasında keçirilən belə görüşlər strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir.
Deputat vurğulayıb ki, Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəsizlik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında “yol xəritəsi”nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir.
“Prezident İlham Əliyev “Valday” klubunun fəaliyyətini də yüksək qiymətləndirərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma kimi qiymətləndirib. Doğurdan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən münasibətlərin perspektivləri baxımından da olduqca önəmlidir”, - deyə Hikmət Babaoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

