/ / Nikol Paşinyan Yerevanda keçirilən Avrasiya İqtisadi İttifaqı Sammitində növbəti dəfə biabır oldu
Nikol Paşinyan Yerevanda keçirilən Avrasiya İqtisadi İttifaqı Sammitində növbəti dəfə biabır oldu
03.10.2019 [09:27]
Ekspertlərin fikrincə, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan bu gün bütün dünyada yaxın tərəfdaş və aparıcı siyasi aktor kimi qəbul olunur
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider ölkəsi Azərbaycan beynəlxalq müstəvidə yaxın tərəfdaş, təmsil etdiyi bölgənin əsas siyasi aktoru kimi qəbul olunur. Bu fakt özünü istər ölkəmizə, istərsə də ölkə rəhbərinə münasibətdə bariz şəkildə göstərməkdədir. Məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu və beynəlxalq aləmin aparıcı ölkə və təşkilatlarının rəhbərləri ilə qarşılıqlı münasibəti Azərbaycanın öz həqiqətlərini beynəlxalq tribunalardan səsləndirməsinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı qətiyyətli mövqeyimizin dəstəklənməsinə yol açıb.
Forpost ölkə kimi xarakterizə olunan işğalçı Ermənistanın müstəqil xarici siyasət kursu yürütmək imkanında olmaması isə hər kəsə məlumdur. Bu, özünü bir sıra məqamlarda aşkar şəkildə göstərir və işğalçı ölkənin rəhbərləri beynəlxalq platformalarda ikinci planda saxlanılır, onların fikirləri və maraqları nəzərə alınmır. Qeyd olunan fakt Avrasiya İqtisadi İttifaqı Sammitinin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün son anda baş tutmasında da özünü ortaya qoyub. Vurğulayaq ki, Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub.
Ekspertlərin də vurğuladıqları kimi, əslində protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət və və hökumət başçıları ilə ayrı-ayrılıqda, həmçinin geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib ki, N.Paşinyanın Rusiya dövlət başçısı ilə görüşdən son anda xəbər tutması onun hansı “siyasi çəki”yə malik olduğunun, həmçinin, Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir: “Təəccüblü deyil ki, Vladimir Putinlə Nikol Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Çünki bu ölkə istər təmsil olunduğu qurumda, istərsə də digər beynəlxalq platformalarda müstəqil hesab olunmur və onlara qarşı bu cür münasibət sərgilənir. Xatırlasaq, bundan öncə də ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Təbii ki, burada bir sıra məqamlar mövcuddur. Belə ki, Ermənistan nə iqtisadi, nə də siyasi tərəfdaş kimi heç bir ölkə və ya təşkilat üçün maraqlı deyil. Paşinyan və onun ətrafındakılar nə qədər cəhd göstərsələr də, ciddi qəbul olunmurlar”.
Millət vəkili onu da bildirib ki, bununla yanaşı, Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər, və s. ilə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir: “Eyni zamanda, Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. Xatırladım ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. Azərbaycanın dövlət başçısının bu əhəmiyyətli Diskussiya Klubunun plenar iclasında təmsil olunması bir daha təsdiqləyir ki, ölkəmiz yerləşdiyi bölgənin əsas ölkəsi kimi qəbul olunur”.
Milli Məclisin deputatı Elman Məmmədov da dünyanın aparıcı ölkələrinin Paşinyana qarşı bu cür münasibət göstərməsinin heç də təəccüblu olmadığı qənaətindədir. “Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf edirlər ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir”, - deyə millət vəkili bildirib.
Elman Məmmədov da o qənaətdədir ki, bütün bunlarla yanaşı Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə, o cümlədən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması ölkəmizin, həmçinin Azərbaycanın dövlət başçısının beynəlxalq siyasi müstəvidəki yerini və nüfuzunu göstərir. Millət vəkili deyib ki, indiyədək bu klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıblar. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” Klubunun qonağı olublar: “Rusiya Prezidenti Vladimir Putin klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Ən əsası isə, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə də bir neçə ölkənin rəhbəri iştirak edir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

