AZƏRTAC TASS agentliyini 115 illik yubileyi münasibətilə təbrik edib
03.09.2019 [09:23]
Rusiyanın qocaman informasiya agentliyi TASS özünün 115 illiyini qeyd edir. Bu münasibətlə AZƏRTAC-ın kollektivi adından İdarə Heyətinin sədri Aslan Aslanov agentliyə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda fəaliyyəti dövründə TASS-ın böyük inkişaf yolu keçdiyi və dünya xəbər sənayesinin brendinə çevrildiyi vurğulanır. “Tam əminliklə demək olar ki, agentliyin öz standartlarına və prinsiplərinə həmişə sadiq qalması böyük hörmətə layiqdir. TASS jurnalistlərin bir çox nəsli üçün əsl məktəbə çevrilib, onlarda təkcə peşəkarlıq deyil, həm də yüksək insani keyfiyyətlər, məsuliyyət hissi, daim özünü təkmilləşdirməyə səy göstərmək xarakterini formalaşdırıb. Agentlik daimi yaradıcılıq axtarışındadır, öz işində ən yeni texnologiyalardan fəal istifadə edir, təkcə zamanla ayaqlaşmağa yox, həm də onu qabaqlamağa can atır”, - deyə təbrik məktubunda vurğulanır.
Sentyabrın 1-də TASS “Açıq qapı günü” elan edib. Baş direktor Sergey Mixaylov və baş direktorun birinci müavini Mixail Qusman yubiley münasibətilə həmkarlarının və dostlarının təbriklərini qəbul ediblər. Rusiya Prezidenti Vladimir Putin, Patriarx Kirill, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və başqaları TASS-ın kollektivinə təbrik məktubları ünvanlayıblar.
TASS 1904-cü il sentyabrın 1-də Sankt-Peterburq Teleqraf Agentliyi kimi yaradılıb və Rusiya imperiyasında dövlət informasiyasını yayan ilk vahid orqan olub. Keçmiş SSRİ dövründə agentlik Sovet İttifaqı Teleqraf Agentliyi adı altında fəaliyyət göstərib. Digər müttəfiq respublikaların informasiya agentlikləri ilə yanaşı, Azərinform da onun tərkibinə daxil idi.
Bu gün TASS Rusiyanın dünyada ən böyük xəbər resurslarından biridir. Agentlik hər gün Rusiya və xarici ölkələrdəki müxbirlərinin hazırladıqları 1,5 minə yaxın xəbər və 500-dən çox fotoşəkil və videosüjet yayır. TASS-ın abunəçiləri 60 xəbər lentinin geniş xəttindən rus və ingilis dillərində tematik xidmətlərdən istifadə edirlər. Agentliyin xarici ölkələrdə 60 müxbir məntəqəsi var. Baş direktorun birinci müavini Mixail Qusmanın sözlərinə görə, agentliyin uğur qazanmasının əsas amillərindən biri də toplanmış zəngin təcrübənin nəsildən-nəslə ötürülməsidir. “Əsas olan TASS markası, reputasiyası, brendidir. Günümüzdə - fasiləsiz informasiya axınının olduğu dövrdə TASS informasiya sabitliyinin, dəqiqliyinin və qüsursuz reputasiyanın bayraqdarı olmalıdır. Agentliyin vəzifələri arasında məhz bu amil əsas götürülməlidir - həm indi, həm də perspektivdə”, - deyə Mixail Qusman vurğulayıb.
Qeyd edək ki, AZƏRTAC və TASS arasında münasibətlər yüksək səviyyədədir. Hər iki agentlik beynəlxalq informasiya təşkilatları - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA) və digər transmilli informasiya strukturları çərçivəsində bir-birini dəstəkləyir. Hər iki agentlik OANA-ya və özündə dünyanın 130 mötəbər media qurumunu birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə uğurla sədrlik edib. AZƏRTAC və TASS, eyni zamanda, MDB İnformasiya Şurasının həmtəsisçisidirlər.
Azərbaycan və Rusiyanın aparıcı informasiya agentlikləri olan AZƏRTAC və TASS bu gün birgə layihələr həyata keçirir, tematik sərgilər təşkil edir, fəal xəbər mübadiləsi aparırlar. İnformasiya və təcrübə mübadiləsinə dair ikitərəfli saziş çərçivəsində ustad dərsləri, həm jurnalistlər, həm də texniki personaldan ibarət əməkdaşların qarşılıqlı səfərləri həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

