Əli Kərimlinin təxribatçı və qanunazidd əməlləri davam edir
29.06.2019 [10:44]
Ekspertlərin fikrincə, xəyanət AXCP sədrinin mahiyyətindədir
Xəbər verildiyi kimi, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi rayon Polis İdarəsinə dəvət edilib. Bununla bağlı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısının bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq Ə.Kərimliyə rəsmi xəbərdarlıq edildikdən sonra o, sərbəst buraxılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, hər zaman milli maraqlara qarşı tutduğu mövqe ilə “seçilən”, anti-azərbaycançı dairələrin sifarişləri əsasında ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyalarında ön sıralarda “yer tutan” Əli Kərimlinin budəfəki hərəkətləri də cəmiyyətdə birmənalı olaraq etirazla qarşılanıb. Ümumi mövqe belədir ki, ölkə qanunvericiliyinin tələblərini pozan və qanunun tələblərinə uyğun olaraq cərimələnən şəxslər üçün pul yığması Əli Kərimlinin bir daha hansı xislətə malik olduğunu üzə çıxarır. Ölkənin tanınmış ziyalıları, siyasətçilər, siyasi şərhçilər törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirilməsinin, marafon keçirilməsinin qanunazidd hərəkət olduğunu bildirirlər. Bildirilir ki, burada məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Təbii ki, bu, yolverilməzdir.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib ki, Əli Kərimlinin “siyasi fəaliyyəti” xəyanət və satqınlıq üzərində qurulub: “Əli Kərimlinin xarici anti-azərbaycançı, hətta ermənipərəst mərkəzlərin sifarişləri ilə işləməsi, onlarla birlikdə hərəkət etməsi bu dəfə də özünü göstərir. Bu şəxs açıq-aşkar qanunazidd hərəkətlər və çağırışlar edir. İllərdir ki, öz şəxsi maraqları üçün çalışan, hətta partiyasını belə öz şəxsi maraqlarının vasitəsinə çevirən Əli Kərimli ölkədə süni qarşıdurma mənzərəsi yaratmağa çalışır. Təbii ki, buna nail ola bilmir. Bu gün Azərbaycan dünyada sabit və inkişaf edən ölkə kimi xarakterizə olunur”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti Azərbaycanı istər iqtisadi, istərsə də siyasi cəhətdən dünyanın aparıcı ölkələri sırasına çıxarıb: “Təbii ki, bu kimi faktlar ölkəmizə qarşı qısqanclıq hissi ilə yanaşan ermənipərəst mərkəzləri narahat etməyə bilməz. Bu səbəbdəndir ki, onlar Əli Kərimli kimi əlaltılarından istifadə edərək ictimai rəyi çaşdırmağa, yalançı fon yaratmağa çalışırlar. Əli Kərimli bu kimi səviyyəsiz, qanuna zidd əməlləri ilə Azərbaycanın dünyadakı demokratik ölkə imicinə xələl gətirməyə çalışır. Əli Kərimli anlamalıdır ki, onun cəmiyyətdə heç bir nüfuzu yoxdur və siyasi arenada bütün resursları tükənib. Tükənmiş “siyasətçi” isə heç kimə, hətta ona himayədarlıq edənlərə belə lazım deyil”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə Əli Kərimlinin bütün əməllərinin və mahiyyətinin təxribatdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, Əli Kərimlini hələ tələbə hərəkatı dövründən yaxşı tanıyan insanlar onun ayrı-ayrı dairələrin maraqlarına xidmət etdiyini, heç zaman müstəqil düşüncəyə malik olmadığını, milli və dövlət maraqlarının nə demək olduğunu anlamadığını, daxili eqoizminin bütün digər amillərə üstün gəldiyini və mütəmadi olaraq ən yaxın ətrafına, dostlarına, liderinə xəyanət etdiyini bilirlər və bunu sübut etməyə, təkrarlamağa ehtiyac yoxdur: “Xəyanət Əli Kərimlinin mahiyyətindədir. İndiki şəraitdə də o, müxtəlif təxribatçı yollara əl atmaqla süni ictimai gərginlik mənzərəsi yaratmağa çalışır. Çünki ölkə xaricindən ona verilən sifarişlər bundan ibarətdir”.
E.Mirzəbəyli qeyd edib ki, ölkəmizdə davamlı və dərinləşdirilmiş islahatların aparılması Azərbaycana qarşı fəaliyyət göstərən bəzi marginal qrupları, eyni zamanda, xaricdəki anti-azərbaycançı qüvvələri qane etmir: “Azərbaycan daha da güclənir, möhkəmlənir, irəliyə doğru addımlayır. Bu isə Əli Kərimli və onu himayə edən tərəfləri heç bir formada qane edə bilməz. Bu baxımdan da, süni gərginliyin özünü yarada bilməsələr də, onun görüntüsünü, fonunu yaratmaq cəhdi ilə Azərbaycana qarşı təxribat və qarayaxma kampaniyalarına rəvac vermək istəyirlər. Məqsəd bundan ibarətdir. Təbii ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanunvericilik hər şeydən üstündür. Kimliyindən asılı olmayaraq, ölkədə qanun pozuntusuna yol verən, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən insanlarla qanunun dili ilə danışmaq lazımdır. Əli Kərimliyə də növbəti dəfə izah edilib ki, ölkə qanunvericiliyinə əməl etmək lazımdır. Azərbaycanda siyasi partiyalar haqqında qanunun tələbləri var, sərbəst toplaşmaq hüququ haqqında qanunun tələbləri var və bu qanunun tələblərinə əməl edib normal Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

