Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Patrisiya Lalond: Azərbaycan tolerantlığı bütün ölkələr üçün ən yaxşı nümunədir

Patrisiya Lalond: Azərbaycan tolerantlığı bütün ölkələr üçün ən yaxşı nümunədir

11.06.2019 [09:16]

Son illər Azərbaycan böyük nailiyyətlərə imza atıb. Ancaq Azərbaycanın bu uğurları bəzən qısqanclıqla qarşılanır. Lakin reallığı gizlətmək mümkün deyil. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi, dünyəvi dövlət olan Azərbaycanda hələ 100 il əvvəl qadınlara səsvermə hüququ verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Parisdə Milli Assambleyada Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, Avropa Parlamentinin keçmiş deputatı Patrisiya Lalond AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycanda müxtəlif etnik, dini azlıqlara göstərilən tolerantlıq bütün ölkələrə nümunədir. Paytaxt Bakıda özünü Avropadakı kimi hiss edirsən. “Ölkənizdə səfərdə olmuşam. Bütün sahələrdə qadınların necə fəal olduqlarının şahidiyəm. Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan 1 milyondan çox qaçqın və məcburi köçkünün də böyük hissəsini qadınlar təşkil edir. Azərbaycan dövləti qadınlara, xüsusilə də qaçqın qadınlara xüsusi diqqət ayırır. Ölkədə qadın məsələləri ilə bağlı xüsusi proqramlar icra edilib və hazırda da həyata keçirilir. Bir çox beynəlxalq təşkilatların qadın məsələləri ilə bağlı sənədləri ratifikasiya olunub. Hesab edirəm ki, Azərbaycanda qadın məsələləri ilə bağlı görülən işlər digər ölkələrə ən yaxşı nümunədir”, - deyə P. Lalond vurğulayıb.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30