Vüqar Rəhimzadə: Bakı Avropanın “futbol şəhərlərindən” daha üstündür
04.06.2019 [09:43]
“Ötən ay paytaxt Bakı dünya idman tarixinin daha bir möhtəşəm hadisəsinə ev sahibliyi etdi. Özü də yüksək səviyyədə. UEFA Avropa Liqasının final qarşılaşması kifayət qədər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində keçdi. Ölkəmizə gələn qonaqlar, futbol azarkeşləri bu idman bayramını böyük coşqu ilə qeyd etdilər. Ayrı-ayrı turistlər müsahibələrində Bakıda keçirilən final oyunun əhəmiyyətindən danışaraq Azərbaycanın qonaqpərvərliyini, ölkəmizdəki isti, səmimi və xoş münasibəti xüsusi olaraq vurğuladılar. İstər final oyununun keçirildiyi vaxt, istərsə də digər günlərdə Bakıda lazım olan bütün tədbirlər görülmüşdü. Bakı Olimpiya Stadionuna gediş-gəliş, turistlərin sərbəst hərəkəti, otellərdəki qiymətlər və xidmət səviyyəsi ilə bağlı yalnız xoş fikirlər ifadə edilirdi. Bir sözlə, Bakının UEFA Avropa Liqasının final qarşılaşmasına yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulandı”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, ötən həftə UEFA Çempionlar Liqasının Madriddə keçirilən final qarşılaşmasında ciddi nöqsanlar qeydə alınıb. Belə ki, oyun ərəfəsində saxta bilet satanlar peyda olub və ispan polisi bu şəxsləri həbs edib. Qara bazarlarda biletin qiyməti 10 min dollardan 31 min dollar arasında qədər dəyişib. Bununla yanaşı, turistlər otellərdə qiymətlərin bahalığından şikayətləniblər, hətta bəzi insanlar başqa bölgələrdə kirayə ev tutmaq məcburiyyətində qalıblar. Müşahidə olunan nöqsanlar bununla bitmir. Oyun ərəfəsində Madriddə böyük tıxaclar yaşanıb və insanlar məhdudiyyətlərlə qaşılaşıblar. Hətta bəzi bileti olanlar belə stadiona daxil ola bilməyiblər. Bir sözlə, UEFA Çempionlar Liqasının finalı gözlənildiyi kimi, yüksək təşkilatçılıq şəraitində baş tutmayıb.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Qərb mediasının UEFA Çempionlar Liqasının finalı ilə bağlı yaydığı xəbərlər bu və digər neqativ məqamlarla zəngindir. Hətta bir sıra tanınmışlar ayrı-ayrılıqda Madriddə baş verən nöqsanları, çatışmazlıqları dilə gətiriblər.
Vüqar Rəhimzadə əlavə edib ki, sadalanan bu və digər faktlar UEFA Avropa Liqasının Bakıda keçirilən final qarşılaşmasını qaralamağa çalışanlar üçün əsaslı cavab oldu. Azərbaycanın uğurlarını gözü götürməyən, erməni və ermənipərəst qüvvələrin dəstəyi ilə hərəkət edən, hər fürsətdə bizi ləkələməyə cəhd edən bəzi “qüvvələr” nədənsə, “Madrid finalı” ilə bağlı baş verən neqativ hadisələr qarşısında susqunluq nümayiş etdirirlər. Bakıda keçirilən möhtəşəm finalı gözdən salmaq üçün dəridən-qabıqdan çıxan bu ünsürlər görünür, Madriddə baş verənlərə heç cür bəraət qazandıra bilmirlər. Bütün bunlara rəğmən dünya ictimaiyyəti gördü ki, Bakı Avropanın “futbol şəhərlərindən” heç də geri qalmır, hətta onlardan daha üstündür.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

