Moskvada "Bakıya məhəbbətlə" fotosərgisi açılıb
02.12.2009 [09:50]
Moskvadakı “Manej” Mərkəzi Sərgi Salonunda məşhur fotorəssam Georgi Pinxasovun “Bakıya məhəbbətlə” adlı forosərgisinin təntənəli açılış mərasimi olub. Fotosərgini “Bakı” jurnalı “Moskovski dom fotoqrafii” muzeyi, Moskva Hökuməti və Moskvanın Mədəniyyət Departamenti ilə birlikdə təşkil edib. Moskva fotoqrafiya evinin direktoru Olqa Sviblova gecəni layihənin təşəbbüskarı olan “Bakı” jurnalının bayramı adlandırıb. “Bakı” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva tədbiri açaraq deyib: “Artıq iki ildir “Bakı” jurnalını təsis etmişik. İstəyirik ki, o, şəhərimizin misilsiz ab-havasını hiss etməkdə və sevməkdə oxuculara kömək etsin. Jurnalımızın səhifələrində ölkəmizin və paytaxtımızın müasir simasında mədəniyyətdən, adət-ənənələrimizdən və tarixmizdən söhbət açırıq. Ən başlıcası isə qeyri-adi taleyi olan böyük insanlardan, böyük istedad və zəka sahiblərindən, habelə sadə, eyni zamanda çox maraqlı taleyi olan insanlardan danışırıq. Bir sözlə, biz bakılılardan dınışırıq. Biz bakılılar öz şəhərimizi hədsiz sevdiyimiz üçün, onun barəsində həmişə məhəbbətlə söz açırıq. Bugünkü gecə bunu təsdiq edir”.
Leyla Əliyevanın sözlərinə görə, Bakının alleqorik adları çoxdur: “Küləklər şəhəri”, “Odlar yurdu”, “Xəzərin incisi” və Azərbaycanın paytaxtı haqqında deyilən bütün bu sözlər həqiqətdir. O, əlavə edib ki, Bakı çox müxtəlifdir: burada qədimlik və müasirlik, geniş prospektlər və dar dolanbac küçələr, Qız qalası və ultramüasir tikililər, urbanizasiyaya aid tipik mənzərələr və ənənəvi həyat tərzi yanaşıdır. “Bakı” jurnalının baş redaktoru deyib: “Bakı, əslində, bütün iri şəhərlər kimi bəzən hay-küylü, tələskən və narahat, eyni zamanda çoxəsrlik tarixi ilə cəzb edən sirli-sehrli möhtəşəm bir şəhərdir. Bakı haqqında saatlarla danışa bilərəm, lakin “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəli ilə tam razıyam”.
Sonra Leyla Əliyeva sərgi iştirakçılarını istedadlı fotorəssam Georgi Pinxasovun işləri ilə tanış olmağa dəvət edərək deyib: “Bu insanın yaradıcılığı böyük sənətdir. Onun öz əsərlərini Bakıya məhəbbət hissi ilə yaratdığına şübhə etmirəm”.
Rusiya paytaxtında doğma şəhərimiz Bakıya həsr olunmuş fotosərginin açılmasını sevindirici hal adlandıran Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu tədbirin təşkilinə görə Leyla Əliyevaya və bütün təşkilatçılara minnətdarlığını bildirərək deyib: “Bakı” jurnalının təqdimatı sanki bu yaxınlarda olmuşdu, lakin artıq iki il keçmişdir və jurnalın artıq on dördüncü nömrəsi çapa hazırlanır. Rusiya Federasiyasında belə müasir və nəfis tərtibatlı jurnalın çıxmasına görə biz hamımız qürur hissi keçiririk”.
Səfirin sözlərinə görə, bu gün bu jurnal bizim fəxrimiz olmuşdur və Rusiyada böyük maraqla oxunur. P.Bülbüloğlu deyib: “İstedadlı fotosənətkar doğma şəhərimiz barədə gözəl sərgi hazırlamışdır. Burada bakılılar, Bakıda doğulanlar, Bakıda olanlar çoxdur. Mən bu gözəl işlərə, şəhərimizi belə günəşli və gözəl təqdim etdiyinə görə müəllifə, tədbirin təşkilinə görə isə Leyla Əliyevaya və jurnalın bütün redaksiyasına minnətdarlığımı bildirirəm”.
Tanınmış fotorəssam, məşhur “Maqnum Fotos” agentliyində çalışan yeganə rusiyalı maestro Georgi Pinxasov bildirib ki, Bakı həqiqətən çox gözəl, günəşli və ecazkar şəhərdir və o, hamını buna inandırmağa çalışıb. Dünya şöhrətli foto ustası deyib: “Əgər buna nail olmuşamsa, çox xoşbəxtəm”.
Onun sözlərinə görə, ilk dəfə Bakıda 1976-cı ildə olsa da, burada qısa müddət işləyib. G.Pinxasov deyib: “Bu, may ayında 10 gün çəkən çox qısa dövr idi. Düşündüklərimi həyata keçirə bilməyəcəyim məni çox həyəcanlandırırdı. Lakin gördüyünüz kimi, artıq nəticə vardır və bu uğur təkcə mənə aid deyildir. Mən “Bakı” jurnalına, özündə bu layihəni həyata keçirmək cəsarəti tapmış baş redaktor Leyla Əliyevaya və həmin layihədə iştirak edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm”.
Fotosərgidə Bakı baharını əks etdirən 60 əsər nümayiş etdirilir. Rusiya ictimaiyyəti tanınmış ustadın qayğı və məhəbbətlə yaratdığı fotoşəkillərdə Azərbaycan paytaxtının gözəlliyini “Bakı” jurnalının sayəsində duya biləcəklər. Tədbirin mədəni proqramı çərçivəsində nağaraçalan Natiq Şirəliyevin çıxışı olub.
Fotosərgi dekabrın 13-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

