/ / Əli Əhmədov: Müxalifətin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir
Əli Əhmədov: Müxalifətin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir
14.05.2019 [09:37]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi “facebook” səhifəsində yayımladığı “Müxalifət niyə və necə antimilli ünsürə çevrilir” sərlövhəli məqaləsində bildirir ki, insanın özgələşməsi, yəni sosial yadlaşması təkcə şəxsi faciə deyil, eyni zamanda, ictimai təhlükəli hadisədir: “Cəmiyyətdə qəbul olunmuş dəyərlərə və birgəyaşayış normalarına məhəl qoymayanlar ictimai mühitdə yad ünsürə çevrilərək, özgələşərək ictimai normaların və dəyərlərin daşıyıcısı mahiyyətini itirmiş olurlar. Eyni zamanda, ictimai maraqlar onlar üçün mənasızlaşır, şəxsi maraqlar və ya ambisiyalar dominant rol oynamağa başlayır”.
Baş nazirin müavini Əli Əhmədovun toxunduğu mövzunun aktuallığını, müzakirəyə təqdim etdiyi problemin həssaslığını vurğulamaqla məqaləni dəyərli oxucularımızın nəzərinə çatdırırıq:
- Sosial yadlaşma Azərbaycanın bəzi müxalifət nümayəndələrinin timsalında özünü aydın surətdə göstərir. Siyasi davranış və normalardan, siyasi əxlaq tələblərindən üz döndərməklə onlar əslində cəmiyyətin siyasi sisteminin vacib ünsürü olmaq şanslarını itirirlər. Bu isə şəxsi (qrup) maraqlar ilə milli maraqların toqquşması, birincinin ikinci üzərində dominantlığı ilə müşayiət olunur. Nəticə etibarı ilə antimilli ünsürün formalaşması prosesi baş verir.
Müxtəlif milli şüarlar altında, əslində isə milli maraqlara zərbə vuran davranışın sərgilənməsi antimilli fəaliyyətin növ müxtəlifliyidir. Həm də bu, daha təhlükəli olması ilə fərqlənir. Onun təhlükəsi ondadır ki, cəmiyyətin özünümüdafiə immunitetini çaşdırmaqla milli maraqlara daha ağır zərbə vurmaq imkanına malikdir. Hər bir cəmiyyətin yad təsirlərə, təhdidlərə qarşı immuniteti var və onun sayəsində milli birlik, həmrəylik, milli iradə kimi özünümüdafiə mexanizmi formalaşıb fəaliyyət göstərir. Bu mexanizm zəiflədikdə və ya zəiflədildikdə avtomatik olaraq cəmiyyətin özünümüdafiə immuniteti zəifləmiş olur. Dövlətlərarası müasir kəskin rəqabət şəraitində ayrı-ayrı cəmiyyətlərin özünümühafizə immunitetinin zəiflədilməsi ölkələrə qarşı təzyiq və təhdid vasitələri sırasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan müxalifətinin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir. Əvvəla, bu davranış, davranış formaları milli maraqlara münasibət baxımından cəmiyyətin birliyi və həmrəyliyini zədələmək kimi çirkin və təhlükəli məqsədə xidmət edir. İkincisi, həmin qrupların hədəfində Azərbaycanın imicinin pisləşməsi, ölkəmiz haqqında mənfi rəyin formalaşmasından ibarət məkrli niyyət dayanır. Üçüncüsü isə, onlar Azərbaycana qarşı fəaliyyət göstərən qatı anti-Azərbaycan qüvvələrlə işbirliyi qurur, sonuncuların əlində çirkli bir vasitəyə çevrilirlər.
Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan müxalifətinin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda olan nümayəndələri tərəfindən yorulmadan yalan, böhtan, ləkələmə və təhqir kampaniyasının aparılması antimilliliyin “parlaq” nümunəsidir. Onlar özünü nəinki Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir (yaxud istəmir), habelə bütün gücünü ölkəyə qarşı təbliğat aparmağa sərf edir. Təbii ki, öz vətəninə qarşı bu cür satqınlıq maraqlı qüvvələr tərəfindən “qiymətləndirilməyə” bilməz. Onlar dərhal qanadlar altına alınır, sığınacaq verilir, yaşayışları təmin edilir, övladları bahalı universitetlərdə təhsil alır. Ancaq heç nə əvəzsiz olmur. Həmin insanlar aldıqlarının əvəzini şərəfsiz satqınlıqla, antimilli ünsürə çevrilməklə qaytarmağa məcburdur. Beləcə iradəsi zəif, ambisiyası yüksək adamlar sırasından antimilli qüvvə yaratmaq texnologiyası işə düşür.
Yaxşı haldır ki, Azərbaycanda milli iradəsi zəif, dövlətimizin maraqlarını satmaq hesabına “yaxşı” yaşamaq kimi rəzil və təhlükəli yola düşmək istəyənlərin sayı azdır, çox azdır. Həyat göstərir ki, milli satqınlıq hesabına qazanılan “yaxşı həyat” heç kimi xalqın nifrətindən xilas etmir və edə bilməz. Xoşbəxt o insandır ki, hansı vəzifədə və statusda olmasından asılı olmayaraq, öz xalqına və dövlətinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25

