/ / Siyavuş Novruzov: Azərbaycanın iqtisadi potensialı gücləndikcə sosial sferada yeni-yeni addımlar atılır
Siyavuş Novruzov: Azərbaycanın iqtisadi potensialı gücləndikcə sosial sferada yeni-yeni addımlar atılır
14.03.2019 [09:54]
“Radikal müxalifət xalqı aldatmaq üçün yanlış fikirlər səsləndirir. İddia edirlər ki, guya onlar mitinqlər keçirdikləri üçün bu yeniliklər oldu. Bəziləri isə insanları inandırmağa çalışırlar ki, guya onların xaricdən etdikləri çıxışların nəticəsində hökumət bu dəyişikliklərə gedib. Bu iddiaların heç bir əsası yoxdur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu məsələlərin həlli geniş araşdırmaların nəticəsində ərsəyə gəlib və dövlət büdcəsinin vəsaiti hesabına həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həm də problemli kreditlərin həlli istiqamətində qərar verildi. Onun sözlərinə görə, sosial-iqtisadi müstəvidə hansısa addım atmaq üçün ilk növbədə ölkənin iqtisadi potensialını yaratmaq lazımdır.
“Əgər ölkənin iqtisadi potensialı yoxdursa, bu məsələləri nə ilə, hansı vəsaitlə həll edəcəklər? Bəzi debatlarda bu kimi fikirlər səslənir. Guya Gürcüstanda, yaxud digər ölkələrdə hansısa mühüm dəyişikliklər var, xalqa fantastik güzəştlər edilir və s. Bunlar doğru deyil. Bu cür addımları atmaq üçün iqtisadi potensial lazımdır. Potensial olmadan bu cür addımlar atmaq mümkün deyil. Azərbaycanın iqtisadi potensialı gücləndikcə sosial sferada yeni-yeni addımlar atılır. Postsovet məkanına baxsaq, görərik ki, bu dövlətlərin heç birində sovet dönəmində bankda qalan əmanətlər xalqa qaytarılmadı. Amma Azərbaycan bu vəsaitlərin hamısını ödədi. Azərbaycanda problemli kreditlər məsələsi öz həllini tapdı. Dövlət bu yükü öz üzərinə götürdü. Həm vətəndaşı müdafiə etdi, həm də bankların marağını nəzərə aldı. Vətəndaşların banklara ödədiyi artıq vəsaitlərin yenidən vətəndaşlara qaytarılmasını da dövlət öz üzərinə götürdü.
Dünyanın müxtəlif yerlərində əmanətlərin sığortalanması var. Bu əmanətlərin yanız 30-50%-i, ən yaxşı halda 60%-i sığortalanır. Yəni əgər əmanətin 60%-i sığortalanıbsa, bank iflas edərsə, o zaman vətəndaş və ya şirkətə qoyduğu vəsaitin 60%-i qaytarılır. Azərbaycanda isə bu təminat 100%-dir. Dövlət bunu ona görə edir ki, vətəndaşın banka qoyduğu vəsait hər hansı bir səbəbdən itməsin. Bütün bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı durur. Atılan bütün addımlar Azərbaycan vətəndaşının rifahına hesablanıb.
Şəhid ailələrinə verilən kompensasiya da bu yöndə atılan addımlardan biridir. Şəhid ailələrinin, müharibə veteranlarının təqaüdlərinin artırılması da önəmli məsələlərdən biri kimi cəmiyyətdə çox böyük rəğbətlə qarşılandı. Onu da xatırladım ki, Azərbaycanda 80 mindən artıq müharibə veteranı var.
Yəni son bir neçə ayda çox böyük işlər həyata keçirildi. Yaradıcı şəxslər, təşkilatlarla bağlı da müvafiq qərarlar verilir və qaldırılan məsələlər qısa zamanda öz həllini tapır”, - deyə S.Novruzov vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22

