“Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır”
20.02.2019 [10:07]
“Hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün funksional və institusional qurumlar yaratmaqla bunu milli məqsədlərə nail olmanın mexanizmi kimi müəyyənləşdirir. Beləliklə, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir. Bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşün daşıyıcılarının cəlb edilməsi də əslində cəmiyyətin hər bir üzvünü prosesin iştirakçısına çevirməklə onun potensialından milli maraqların həyata keçirilməsində istifadə etmək məqsədi daşıyır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, ancaq hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxsaylı təhdidlərlə üzləşir və hər gün bir az daha çətinləşir: “Çünki tarixin amansız mübarizəsində hər xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də qlobal aktorlar milli dövləti uzun və yorucu rəqabətdə taqətdən salmaq üçün onun öz daxili enerjisindən özünə qarşı istifadə edirlər. Məsələn, ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alətə çevirirlər. Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha da güclü etdiyi üçün bu, rəqiblərimizi ciddi şəkildə narahat edir. Son aylarda müxalifətin fəallaşması da məhz bu kontekstdə nəzərdən keçirilməli olan hadisədir. Əslində sağlam məntiq onu tələb edir ki, ölkənin inkişafı müxalifəti məmnun etsin, ancaq bizdə isə bunun tərsi baş verir. Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın maraqları” adlı məqaləsində məhz bu problemi analiz edərək ən son siyasi tariximizdə baş verən hadisələr kontekstində belə yanaşmanın səbəblərini çoxsaylı arqumentlərlə izah edir. Bəlli olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Doğrudan da, Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox bizə qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər. Diqqət etsək, görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqanclıqla yanaşan, xalqın yanında yox, əgər belə demək mümkündürsə, problemlərin yanında olan müxalifətçilikdir. Ona görə də siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən, sosial siyasi elektoratı olmayan müxalifətçilikdir. Əgər belə olmasaydı, bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. Çünki milli maraqlarımız bunu tələb edir. Düşünürəm ki, bu kimi məqamları prof. Əli Həsənov olduqca doğru analiz edərək Azərbaycanda milli maraqlarımız baxımından Prezident İlham Əliyevin siyasətinə alternativ siyasətin olmadığı qənaətinə gəlir və bu məsələdə tamamilə haqlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21

