Əli Kərimlinin yeni qanunsuz maliyyə mənbələri ortaya çıxır
31.01.2019 [08:57]
Məhkəmədə səsləndirilən təkzibolunmaz faktlar bir daha AXCP sədrinin xaricdəki mənbələrdən asılılığını və qeyri-qanuni yollarla maliyyə dəstəyi aldığını sübuta yetirir
Özünü Azərbaycandakı radikal müxalifət düşərgəsinin lideri kimi sırımağa çalışan AXCP sədri Əli Kərimlinin gizli mənbələrdən, bir sıra hallarda isə anti-Azərbaycan, ermənipərəst dairələrdən maliyyə dəstəyi aldığı heç kəsə sirr deyil. O, illərdir ki, heç bir yerdə rəsmi olaraq işləmədiyi halda, cangüdən saxlayır, bahalı avtomobillərdə gəzir, zəngin həyat tərzi sürür. Üstəlik, onun övladları xaricdə təhsil alırlar. Oğlu Türkelin bədxərcliyi, Londonun gecə barlarında düzənlədiyi kef məclisləri barədə yerli və xarici KİV-lərdə çoxsaylı materiallar dərc olunub. Bu sadalananlar belə kifayətdir ki, Əli Kərimlinin böyük həcmlərdəki cari xərcləri barədə konkret təsəvvür yaransın. İndiki dövrdə bahalı avtomobillərin saxlanmasının, dünyanın bahalı şəhərlərində övladına bahalı həyat tərzi təmin etməyin Əli Kərimliyə hansı həcmlərdə vəsait hesabına başa gəldiyi də gün kimi aydındır. Əli Kərimli isə hər dəfə gizli və çirkin maliyyə mənbələri barədə yeni faktlar üzə çıxdıqca bir az daha da miskinləşir, belə faktları üzə çıxardıb ictimailəşdirən müvafiq şəxslərə qarşı daha aqressiv yanaşma ortaya qoyur. Xarakterik cəhət ondan ibarətdir ki, üzə çıxan faktlar bir qayda olaraq Əli Kərimlinin maliyyə qaynaqlarının ipinin xaricdəki anti-Azərbaycan dairələrə uzandığını təsdiqləyir.
Əli Kərimlinin gizli və qanunsuz maliyyə mənbələrinin aşkarlanması baxımından Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə keçirilən məhkəmə prosesi də istisna təşkil etməyib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə xaricdən AXCP-yə axıdılan pullar barədə çoxlu faktlar səsləndirilib.
Qeyd edək ki, prosesdə Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindiriliblər. Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər. Məhkəmə prosesində səsləndirilən əlahəzrət faktları təkzib etməyə Əli Kərimlinin, necə deyərlər, heç bir şansı yoxdur.
Heydər Əhmədov məhkəmədə ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deportasiya edilib, bundan sonra ailəsinin dolanışığı məqsədilə ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olub. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15.000-20.000 ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları “vatsap” vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında çatdırıb və etdiyi xidmətə görə aylıq 500 manat qazanc götürüb.
Heydər Əhmədov ifadəsində həmçinin qeyd edib ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında “vatsap” vasitəsi ilə onun istifadə etdiyi mobil telefona göndərib. Həmin vaxt Aslan ona yazaraq Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməyi tapşırıb. Aslanla telefon yazışmalarından sonra səhəri gün Vidadi Rüstəmli ilə 5 №-li xəstəxananın qarşısında görüşərək həmin 37 min ABŞ dollarına yaxın pulu ona verib. Bundan sonra Vidadi Rüstəmli onunla “vatsap” vasitəsi ilə əlaqə saxlamış, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dollar pulu həmişə olduğu kimi 5 №-li xəstəxananın qarşısından gəlib götürmüşdür.
Ceyhun Hüseynov məhkəmədə ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxın müddətdir ki, Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsi ilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4.000-5.000 ABŞ dolları pul götürmüşdür. C.Hüseynov vurğulayıb ki, hətta bir dəfə Vidadi ondan 50.000 ABŞ dolları məbləğində pul götürmüşdür.
Rauf İsgəndərov da məhkəmədə dindirilərkən bildirib ki, ABŞ dollarının bankdankənar köçürülməsi işi ilə məşğul olur. Rauf İsgəndərov həmin işi hazırda Moskva şəhərində yaşayan atası Sahibin vasitəsi ilə qurduğunu qeyd edərək qanunsuz qaydada köçürmə yolu ilə pul verdiyi şəxslərdən birinin də Vidadi Rüstəmli olduğunu bildirib. R.İsgəndərov istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, təxminən 2016-cı ilin əvvəllərindən 2017-ci ilin sonlarınadək AXCP üzvü Vidadi Rüstəmliyə hər dəfə müxtəlif məbləğlərdə pullar vermişdir. Vidadiyə, demək olar ki, 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğlərdə pullar çatdırıb. Verdiyi ən az məbləğ 300-400 ABŞ dolları, ən çox isə 3.000 ABŞ dolları təşkil edib.
AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli ifadəsində göstərib ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazaraq Əli Kərimlinin çıxışlarının hansı səbəbdən keyfiyyətsiz olduğunu soruşmuş, ona demişdir ki, ola bilsin, kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş etmişdir ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcəkdir. Həmin şəxslə görüşüb əşyaları ondan almaq və Əli Kərimliyə çatdırmaq lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi Vidadi ilə metronun “Gənclik” stansiyasının yaxınlığında görüşmüş, vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırmışdır.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları aldığını etiraf edib.
Şübhə yoxdur ki, bu pullar birbaşa Əli Kərimliyə çatıb və V.Rüstəmli sadəcə vasitəçilik edib.
Zənnimizcə, sadalanan faktlar xaricdəki gizli mənbələrdən qanunsuz yollarla göndərilən və Əli Kərimliyə ünvanlanan vəsaitlərin yalnız bir hissəsini əks etdirir. Reallıqda isə o, dövlətin və xalqın əleyhinə yönələn fəaliyyəti müqabilində daha böyük həcmlərdə vəsait alır. Belə çıxır ki, son dövrlərdə Əli Kərimlinin “aktivləşməsi” də səbəbsiz deyil. Heç bir şübhə yoxdur ki, o, sosial şəbəkələrdə göstərdiyi aktivliyin müqabilində yeni maliyyə təminatları qazanmaq istəyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

