Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə atılan addımlar xeyli intensivləşib
07.11.2009 [10:58]
Son zamanlar Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar və aparılan danışıqlar xeyli intensivləşib. Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərin sıxlaşması, ATƏT-in Minsk qrupu (MQ) həmsədlərinin mütəmadi olaraq regiona səfər etmələri, bu problemin dünyanın aparıcı dövlətlərinin müvafiq iclas və toplantılarında müzakirə mövzusuna çevrilməsi kimi proseslər problemin həlli istiqamətində edilən səylərin xeyli artmasından xəbər verir. Məhz bu kimi proseslərin fonunda diqqət yetirilən başlıca məsələlərdən biri ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz fəallığını müəyyən mənada artırmasıdır. Elə bu amil də Dağlıq Qarabağ probleminin həllini sürətləndirən başlıca meyil və motiv kimi qiymətləndirilməlidir...
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Dağlıq Qarabağ probleminin həll edilməsi beynəlxalq aləmin maraq dairəsindədir: “Beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri, əlbəttə, Cənubi Qafqaz kimi strateji əhəmiyyəti olduqca yüksək olan bölgədə sülh və sabitliyin təmin olunmasına xüsusi diqqətlə yanaşırlar. Azərbaycan isə bu bölgədə təhlükəsizlik və perspektiv önəmli əməkdaşlıqların zəmanətçisi və təminatçısıdır”.
Millət vəkilinin qənaətincə, Azərbaycanın həyata keçirdiyi prinsipial və rasional xarici siyasət kursu dünya dövlətlərinin, xüsusilə də, böyük güclərin Dağlıq Qarabağ probleminin həlli məsələsinə xüsusi yanaşmalarına səbəb olub: “Məhz bu kimi münaqişə vəziyyətində olan ölkələrdən ən çox diqqət yetiriləni Azərbaycandır. Hətta Ermənistanın yaxın tərəfdaşı olan Rusiya belə, Ermənistanı əvvəlki kimi dəstəkləmir. Rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Prezidentlər arasında son olaraq keçirilmiş bir neçə görüşdə Dmitri Medvedevin simasında Rusiyanın sərgilədiyi mövqe bunu bir daha təsdiq edir”.
A.Mirzəzadə bildirib ki, problemin həlli istiqamətində Azərbaycanın tutduğu mövqe, sərgilədiyi fəaliyyət olduqca konstruktiv və güzəştlidir: “Azərbaycan işğal edilmiş torpaqlardan Ermənistan qoşunlarının çıxarılmasından sonra orada yaşayan 50 minlik erməni icmasına yüksək muxtariyyət verəcəyini bəyan edir. Hansı ki, 50 minlik bir topluma dünyanın heç bir yerində muxtariyyət verilmir. Bu, bir təcrübi gerçəklikdir”.
Münaqişənin həllinin Ermənistan üçün olduqca vacib olduğunu vurğulayan millət vəkili qeyd edib ki, Ermənistanın tutduğu işğalçı mövqe onu tamamilə iflic durumuna salıb. ATƏT-in Minsk qrupunun həyata keçirdiyi fəaliyyətə toxunan Aydın Mirzəzadə bildirib ki, Minsk qrupunun fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artması üçün həmsədr dövlətlərin hər birinin məsələyə eyni dərəcədə xüsusi diqqət göstərməsi lazımdır.
Politoloq Rasim Musabəyov isə qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin həlli istiqamətində konkret nəticə almağa yönəlib: “İstər həmsədr ölkələr, istərsə də münaqişə tərəfləri yaxşı anlayırlar ki, danışıqların konkret olaraq nəticələnməməsi hazırki vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Əlbəttə, nə münaqişə tərəfləri, nə də ki, həmsədr dövlətlər bu duruma qəti şəkildə razı ola bilməzlər”.
Problemin həlli istiqamətində göstərilən səylərin olduqca gücləndiyini bildirən politoloq qeyd edib ki, məhz bu proses göstərir ki, münaqişənin həllinə dair konkret nəticənin əldə edilməsi üçün xeyli imkan və ümidlər var: “Düzdür, tərəfləri qane edəcək ümumi formul tapılmayıb, amma bu istiqamətdə müvafiq işlər görülür. Bu isə onu deməyə əsas verir ki, perspektivdə problemin həlli yönündə atılacaq addımların daha da intensivləşəcəyini gözləmək olar. Həmsədrlərin mütəmadi olaraq regiona etdikləri səfərlər, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərin sıxlaşması və bu kimi digər təmaslar deyilənləri bir daha təsdiq edir”.
Politoloq Elşad Mirbəşir isə hesab edir ki, hazırki şəraitdə münaqişənin həlli yönündə Minsk qrupunun atdığı addımların səmərəsizliyi aydın görünür. E.Mirbəşirin qənaətincə, bu prosesdə yeganə və əsas ümidverici məqam Azərbaycanın həyata keçirdiyi praqmatik və rasional əsaslı xarici siyasət strategiyasıdır: “Azərbaycan miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin əsas aktoru qismində çıxış edir. Əlbəttə, Azərbaycanın məhz bu önəmi beynəlxalq miqyasda çox yüksək səviyyədə qiymətləndirilir. Eyni zamanda, ölkəmiz dünyanın aparıcı güclərinin önəmli strateji tərəfdaşlarından biridir. Məhz bu kimi amillər Dağlıq Qarabağ probleminin həlli yönündə böyük aktorların öz səylərini artırmalarını şərtləndirir”.
Politoloq artıq 17 ildir ki, Minsk qrupunun fəaliyyətində heç bir səmərəli addımın qeydə alınmadığını da bildirib: “ümid etmək olar ki, Azərbaycanın artan önəmi və nüfuzunun fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret nəticə alınacaq”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40

